Radikal müxalifətin ermənipərəst mövqeyi

Yaxud daha çox qrant almaq düşüncəsi ilə SOROS-a satılmış qüvvələr...

28 ildir ki, «müxalifətçiyəm» deyən satqınçılığın bütün faktorlarını özündə birləşdirən, torpaqlarımızı satan və 30 il mənfur düşmənin əsarətində olan Qarabağımızın 44 gün ərzində dövlət başçımızın «dəmir yumruq» siyasəti ilə Müzəffər Ordumuzun xilaskar əsgər və zabitlərimizin gücü ilə azad olunan bu qələbəni həzm edə bilməyən Vətən, dövlət satqını AXCP sədri Əli Kərimli və «Milli Şura»-nın «tryapkaları» siyasi partiyaların birgə bəyanatına qoşulmamaqla bir daha xalqımıza qarşı düşmən mövqedə duran qüvvələrin yanında olduqlarını nümayiş etdirdilər. 2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, ilk çağırışla 15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə son 32 ildə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyalar 43+4, 27 sentyabr tarixində isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar siyasi partiyalar 50+1 formatında ölkə Prezidentinin, Ali Baş Komandanın ətrafında siyasi həmrəyliyi göstərərək birgə dəstək bəyanatı imzaladılar.

Meydanda tək qalmış erməni xislətli radikal müxalifət ünsürləri – Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla-Arif Yunuslar, Vidadi İskəndərli, Sevinc Osmanqızı... kimi ermənipərəst qüvvələr, müharibə dövründə Azərbaycana qarşı çirkin fəaliyyət göstərənlər, ermənilərə dəstək verən antimilli şuranın havadarları, fərari, xain və satqınlar bu qələbəyə niyə sevinmir? Çünki xəstə ambisiyaları ilə xalqın etibarını itirmişlərdir və qarayaxmaları, anti-milli fəaliyyətləri ölkəmizin uğurlarına heç bir təsir göstərməyib və bundan sonra da göstərməyəcək.

Ancaq dilənçi payı alan, “beşinci kolon” ilə sinxron fəaliyyətdə olan, Soros və Soros kimi ermənipərəst təşkilatlara köləlik edən radikal müxalifət kölə olduqları ağalarına bir daha “sadiqlik” göstərməkdədilər. Sosial şəbəkələrdə ABŞ və Avropada yaşayan həmin qüvvələr aldıqları pulların əvəzini vermək üçün Azərbaycan hakimiyyətinə qarşı davamlı olaraq şər-böhtan dolu açıqlamalar verirlər. Ancaq həmin qüvvələr bu gün Avropada, okeanın o tayında törədilən qanunsuzluqlara, haqsızlıqlara tətbiq edilən məhdudiyyətlərə susqundurlar. Səbəb də tula payı aldıqları qrantlardan gedir. Daha çox qrant almaq düşüncəsi ilə SOROS-a satılmış bu qüvvələr ağızlarına gələni, hətta karantin qaydalarının demokratiyaya zidd olduğunu deyərək Azərbaycan iqtidarını heç bir çərçivəyə sığmayan sözlərlə tənqid edirdilər. Dünyanın heyran olduğu Azərbaycanın Vətən müharibəsindəki mübarizəsinə və qazanılmış Zəfərə, hətta xalqın müqəddəs dəyərlərinə və müqəddəs duyğularına, şəhidlərimizin ruhuna toxunan antimilli qüvvələr ermənipərəst açıqlamalar verməkdən hələ də usanmırlar. Ancaq unudurlar ki, yaxın zamanlarda daha çox qrant almaq düşüncəsi ilə SOROS-a satılmış - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla-Arif Yunuslar, Vidadi İskəndərli, Sevinc Osmanqızı... kimilər xalqın və qanun qarşısında cavab verəcəkləri gün gələcək. Azərbaycan artıq öz inkişaf və qüdrətinin elə bir həddindədir ki, hər hansı kənar qüvvənin daxili işlərinə qarışmasına qətiyyən yol verməz. Buna cəhd edənlər isə qanunun tələbləri səviyyəsində öz cəzalarını alacaqlar.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə