"Jurnalist öz məsuliyyətini dərk etmirsə..." BAŞ REDAKTOR MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün fevralın 26-da keçirdiyi mətbuat konfransında bir çox mesajlar verdi və dövlət başçısı mütəmadi olaraq bütün çıxışlarında bu mesajları davam etdirir”. Bunu SİA-ya açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərin görə, yerli və xarici jurnalistlər üçün keçirilən mətbuat konfransı Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmasında çox böyük rolu oldu: “Kifayət qədər qətiyyətli, cəsarətli olan cənab Prezidentin cavabları bugünə qədər və bundan sonra da qarşıda duran hədəflərlə bağlı təhlil olunur. Konfransda iştirak edən jurnalistlər erməni vandalizminin , Robert Köçəryan, Serj Sarkisyan və Nikol Paşinyan hakimiyyətinin Dağlıq Qarabağ və onun ətraf rayonlarında törətdiyi vəhşiliklərlə bağlı yetərincə məlumatlı idilər. Cənab Prezident regional və beynəlxalq lahiyələrin reallaşdırılması ilə bağlı kifayət qədər fikirlər səsləndirdi. Bu gün etiraf etməliyik ki, Ermənistan kifayət qədər ağır durumda və uçurum qarşısındadır. Dövlət başçısı da vurğuladı ki, Ermənistanın başına gələnlər bizim 90-cı illərin əvvəllərində olan hadisələrə oxşar hadisələrdir.

Mətbuat konfransında sülhməramlılarla bağlı fikirlər səsləndirilərkən bu prosseslərdə Türkiyənin Rusiyanın rolu da bir daha vurğulandı. Azərbaycan təkcə region üçün deyil, həmçinin dünyaya sülh mesajı verməkdədir. Ermənistanın siyasi hakimiyyətində olanlar düşünməlidirlər ki, Ermənistanın taleyini necə acınacaqlı vəziyyətə gətirib çıxardıblar. Regionda siyasi sabitliyi davamlı şəkildə pozublar. Ona görə də erməni vətandaşları başa düşür ki, Ermənistanın dövlət kimi sturukturu yoxdur. Mətbuat konfransı bir növ 44 günlük Vətən müharibəsinin parlaq qələbəsinin 4 saaatda 4 dildə təqdimatı idi. 4 saat mətbuat kofransı keçirmək və orada fərqli mövzulara, nüanslara toxunmaq çox böyük tarixi hadisə idi”.

V.Rəhimzadə iranlı jurnalistin təxribatçı sualına da diqqət çəkərək deyib ki, bu heç də təsadüfi deyildi: “Prezidentimiz iranlı jurnalistə layiqli cavab verdi və jurnalistə dərk etdirdi ki,verdiyi sualın məsuliyyətini dərk etməli və fikrinin arxasında dayanmalıdır. Sonradan iranlı jurnalist vəziyyətdən çıxmağa çalışdı. Daha sonra İranın aidiyyatı qurumları bəyanat verdilər ki, jurnalistin verdiyi sual İran dövlətinin siyasətinə uyğun deyil. Lakin kimin mövqeyi olduğu aydınlaşdırılmalıdır. Jurnalist öz məsuliyyətini dərk etmirsə işlədiyi qurumun reputasiyasına uyğun hərəkət etməli və təmsil etdiyi dövlətin nüfuzunu qorumalıdır”.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...