Paşinyandan Baş Qərargahın bəyanatına sərt reaksiya - Silahlı qarşıdurma qaçılmazdır

Ermənistanda vəziyyət nəzarətdən çıxmağa çox yaxındır. Tərəflər güzəştə getməməkdə israrlıdırlar. Baş nazir Nikol Paşinyanın istefasının tələb edən müxalifət itaətsizlik aksiyalarının bərpa edib. Etirazçılar artıq İrəvanda bir sıra küçələri bağlayıb. "Nikolsuz Ermənistan" şüarları ilə keçirilən aksiya zamanı etirazçılar Nikolun istefasına qədər küçələrdən getməyəcəklərini bildiriblər.

Bu arada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı da ölkənin baş naziri Nikol Paşinyanı istefaya çağırıb. Baş Qərargah N.Paşinyanın istefasını tələb edən bəyanat verib. Sənədi Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçilər imzalayıb. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da var. Silahlı Qüvvələrin Baş Qərargahı qurum rəisinin birinci müavininin vəzifədən azad olunmasına kəskin etirazını bildirib. Baş Qərargah ölkənin baş nazirinin bu qərarını dövlətə qarşı məsuliyyətsiz addım adlandırıb.

Baş nazirin reaksiyası özünü çox gözlətməyib, Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad edib. Nikol Paşinyan bu bəyanatı hərbi çevrilişə cəhd adlandırıb və tərəfdarlarını meydana çıxmağa çağırıb. "Tərəfdarlarımızı elə indi Respublika Meydanına çıxmağa dəvət edirəm. Yaxın zamanda ictimaiyyətə canlı yayımda müraciət edəcəyəm", - o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə