Zəngəzur sürətlə boşalır: bir ildə 1300 nəfər STATİSTİKA

“Bir il ərzində Süniki (Zəngəzuru) 1300 nəfər şəxs tərk edib”. SİA xəbər verir ki, bu barədə ermənilərin “Johovurd” nəşri yazır. “Bir il ərzində Ermənistan respublikasının bütün vilayətlərində əhalinin sayı azalıb”, yazan erməni qəzeti buna misal olaraq qeyd edir ki, təkcə Lori vilayətində 1 yanvar göstəricilərinə görə əhalinin sayı 700 nəfərədək azalıb.

Sözügedən tarixə əsasən Araqatsoneti 200, Araratı 100, Geqarkuniki 300, Şirakı isə 400 nəfər tərk edib. Ən çox azalma isə Sünik vilayətində (Zəngəzurda) qeydə alınıb. Bu vilayəti tərk edənlərin sayı 1300 nəfərə çatıb və bu rəqəmlər demək olar ki, günaşırı şəkildə artmaqdadır.

“Johovurd” bilavasitə Sünikin (Zəngəzurun) üzərində dayanaraq yazır ki, vilayətdə fəaliyyət göstərən bir sıra sosial obyektlər, özəl mağazalar və s. infrastruktur sahibləri getdikləri üçün fəaliyyətlərini dayandırıblar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə