Oqtay Əsədov Avroparlamentin sədrinə Azərbaycanla bağlı qəbul edilən qətnamənin qərəzli olduğunu bildirib

Oqtay Əsədov Avroparlamentin sədrinə Azərbaycanla bağlı qəbul edilən qətnamənin qərəzli olduğunu bildirib

Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Parlamenti prezidenti Yerji Buzeklə görüşüb. SİA-nın verdiyi xəbərə görə, görüş zamanı ilk çıxış edən Parlamentin spikeri Avropa İttifaqı ilə əlaqələrin Azərbaycan üçün önəmli olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı ilə sıx əlaqələrə malik olmasına baxmayaraq əlaqələrin canlandırılmasına ehtiyac var: "Son vaxtlar Avropa Parlamentinin Azərbaycana və regiona böyük diqqət yetirir. Düşünürəm ki, bir il əvvəl Azərbaycanla bağlı qəbul olunmuş qətnamənin Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək ola biləcək".

Daha sonra çıxışı zamanı mayın 12-də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə toxunan O.Əsədov hadisənin səbəblərinin sonadək aydın olmadığını qeyd edib.

O bildirib ki, Azərbaycan könüllü olaraq demokratik inkişaf yolunu seçib və ölkə Konstitusiyasındakı maddələrin 1/3-i insan hüquqlarına aiddir: "Azərbaycan 20 ildir, müstəqilliyini elan edib. Tam həll olunmayan məsələlər ola bilər. Lakin Azərbaycanın iştirakı olmadan ölkə haqqında belə bir qətnamənin qəbulunu qərəzli hesab edirik.".

Daha sonra söz alan Y.Buzek Azərbaycanın Avropa üçün əhəmiyyətli ölkə olduğunu deyib.O bildirib ki, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edəcəyini, fikir mübadiləsi aparacaq.

O həmçinin Azərbaycanı "Eurovision" müsabiqəsində qələbə münasibət ilə təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə