“Onun statusunu 10 nəfər cəbhə trolu istifadəsində olan feyk səhifələrlə like edir, şərh yazır, paylaşır və topfan olurlar”
AXCP sədrliyi ilə yanaşı, həm də sosial şəbəkələrdə blogerlik fəaliyyəti göstərən və klaviaturanı özünün dırnaqarası siyasi baxışlarının “mühüm strateji faktoru” olaraq qəbul edən Əli Kərimli, deyəsən, bu dəfə yaman çıxılmaz vəziyyətə düşüb. SİA xəbər verir ki, “cəbhəçi” sədrin sosial şəbəkədəki trol əməliyyatı YAP-ın gənc fəalı Anar Şahmuradov tərəfindən araşdırılaraq ifşaya məruz qalıb.
Onun yazdığına görə, İnstagram sosial şəbəkəsində “panel vurmaq” deyə bir anlayış var və bunu instagram istifadəçiləri yaxşı bilirlər: “Qısa qeyd edim ki, “panel vurmaq” dedikdə, xüsusi proqram vasitəsilə izləyici, like (bəyənmə) və şərh sayını süni formada artırmaq nəzərdə tutulur. Lakin Facebook-da bu kimi bir əməliyyat etmək mümkün deyil. Amma görünür, AXCP sədri Əli Kərimli "facebook-da "panel vurmağın" yolunu tapıb”.
“Əli Kərimli trollarını məcbur edir ki, hərəyə 10-15 saxta hesabla “çoxluq” görüntüsü yaratsınlar”
“Demək, gün ərzində 2-3 cızma-qara yazıb paylaşır. Dərhal "panel vurma" əməliyyatı başlayır. Onun statusunu 10 nəfər cəbhə trolu istifadəsində olan feyk səhifələrlə like edir, şərh yazır, paylaşır və topfan (fanatların çoxluğu) olurlar. Bu da olur siyasi fəaliyyət”, deyə qeyd edən YAP-ın gənc fəalı davam edir: “Axı, özünü siyasətçi hesab edənlər Facebook-da tozanaq qaldırmağı siyasi fəaliyyətlərinin keyfiyyət göstəricisi hesab edirlər. Əli Kərimli də belələrindəndir. Trollarını məcbur edir ki, hərəyə 10-15 saxta hesabla “çoxluq” görüntüsü yaratsınlar”.
Anar Şahmuradov yazır ki, onun bu ifşasından sonra cəbhəçi gənclər onu yalançılıqda ittiham edəcəklər.
“Adam düşünmür ki, artıq onun bu “işləri” də heç bir effekt vermir”
Lakin o bəri başdan həmin ittihamları rədd edən faktları da ictimailəşdirib: “İndi cəbhəçilər gəlib məni ittiham edəcəklər ki, yalandır. Elə isə Əli Kərimlinin statuslarını bəyənib paylaşan bu “Sakit Okean”dan Uzaq-yaxın sahillərdə”yə kimi “fəaliyyətdə” olan Nationa Geo, Markus Wolf, Aglay üzlük daşların satışı, Shanti Om, As As, Topdancı Geyim, Kefli İsgəndər, AG Tel və onlarla şəklisiz “ağ profillər” kimlərindir və ya real olaraq kimlərdir?
Olsun ki, ağ yalanlarına rəng çalarları qatmaq üçün "instagram"dan fərqli olaraq Facebok-da "manual panel vurdurarkən" Əli Kərimlinin öz aləmində düşünür ki, ictimai dəstəyi var. Ancaq adam düşünmür ki, artıq onun bu “işləri” də heç bir effekt vermir. İnanmırsa, özü də baxa bilər”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB