Kolumbiya səlahiyyətliləri bir sıra koronavirus əleyhinə peyvənd istehsalçıları ilə, o cümlədən Rusiya “Sputnik V” dərmanı ilə bağlı danışıqlar aparır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin rəhbəri Fernando Ruiz ölkə prezidenti ilə görüşdə belə deyib.
"Biz “Sputnik” barədə müzakirəni davam etdiririk və digər peyvəndlər kimi onun alınması üçün də bir fürsət var", deyə nazir bildirib.
Nazirin çıxışı Səhiyyə Nazirliyi tərəfindən Twitterdə də yerləşdirilib.
Agentlik, "üç həftə əvvəl Rusiyanın “Sputnik V” peyvəndinin alınması ilə bağlı danışıqlar üçün məxfilik sazişi imzalandığı" barədə də məlumat yayıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB