"Türkiyə hərbiçilərinin işğaldan azad olunmuş ərazilərdə yaradılmış Monitorinq mərkəzində təmsil olunması çox mühüm məsələdir. Bu məsələ üçtərəfli razılıqda da öz əksini tapıb. Burada əsas məqam ondan ibarətdir ki, monitorinqi həm Rusiya, həm də Türkiyə hərbiçiləri birgə aparacaqlar. Monitorinq aparmaq isə təkcə sülhməramlı missiyanı həyata keçirməkdən ibarət deyil. Birmənalı şəkildə icra olunacaq hər bir qərara nəzarət olunacaq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, politoloq Arzu Nağıyev deyib.
Ekspertin fikrincə, burada nəzarət həm texniki, həm də ən yüksək texnoloji vasitələrlə də həyata keçiriləcək: "Əsas məqsəd ondan ibarətdir ki, yüksək siyasi rəhbərliyə məruzə olunan hər bir məlumat süzgəcdən keçiriləcək. Hər hansı bir dövlət ayrı-ayrılıqda deyil, ortaq məxrəcə gələrək ciddi məruza hazırlayacaq. Beləliklə də, gələcəkdə baş verən neqativ proseslərin qarşısının alınacaq, pozitiv prosesləri də daha da inkişaf etdiriləcək. Rusiya ilə Türkiyə sülhməramlıları bu cür monitorinqləri Suriyada da sınaqdan keçirib. Bu sınaq göstərib ki, iki ölkənin hərbiçiləri bir yerdə çalışa bilirlər".
A.Nağıyev vurğulayıb ki, rus sülhməramlıları son vaxtlar bəzi proseslərdə öz funksiyalarına uyğun olmayan hərəkətlər edirdilər: "Düşünürəm ki, bu monitorinq mərkəzinin fəaliyyəti də bu cür hadisələrin qarşısının alınmasına yönələcək. Bundan başqa işğaldan azad olunmuş torpaqların ən strateji nöqtələrindən biri olan Ağdam şəhərində Monitorinq mərkəzinin yaradılması vacib məqamdır. Kontingetin sayından asılı olmayaraq onlar elə seçilib ki, orada həm texniklər, həm yüksək rütbəli general, eyni zamanda bütün peşə sahibləri olan hərbiçilər təmsil olunacaq"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB