Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya başsağlığı verib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə