Prezidentin Şuşadan verdiyi mesajlar qəlbimizi fəxarət hissi ilə doldurdu - ŞƏRH ÖZƏL

"Azərbaycanın əldə etdiyi tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhmiyyətli faktorlar var ki, onlarında başında hər şeydən öncə lider və insan faktoru gəlir. Tarixi təcrübə də bugünkü ən yeni reallıqlar da bir daha təsdiq edir ki, qələbəni yalnız güclü iradəyə sahib, qətiyyətli, heç nədən çəkinməyərək cəsur qərarlar qəbul edən, milli maraqları hər şeydən üstün tutmağı bacaran bununla yanaşı həm də onu qorumağı bacaran liderlər qazana bilir. Azərbaycanın 44 günlük Vətən müharibəsi tarixində Azərbaycan xalqı öz liderində bütün bu keyfiyyətləri bir daha gördü. Ancaq bunu təkcə Azərbaycan xalqı deyil, dost da, düşmən də bütün dünya da gördü". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, Azərbaycan əzilən, işğala məruz qalan, haqqı əlindən alınan xalqlara öz mübarizəsi ilə bir örnək oldu: "Bütün dünyaya göstərdi ki, ədaləti, beynəlxalq hüququ necə bərpa etmək olar. Ancaq bunun üçün əlbəttə milli gücün ümumilikdə məqsədyönlü şəkildə səfərbər olması şərti də var ki, bu da yenə əsas etibarilə insan faktoru ilə bağlıdır. Məsələ ondadır ki, Azərbaycan xalqına bu tarixi zəfəri qazandıran Azərbaycan əsgəri Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclərdir ki, bu iki mühüm faktor əslində həm də milli həmrəyliyimizi təmin edən komponentlərdir. Heydər Əliyev məktəbi ənənələrində gələn dəyərlər əsasında 2003-cü ildən sonra yeni idarəçiliyin tətbiq olunması ilə ölkəmizdə tamamilə yeni mənəvi və intellektual əsaslarda yeni nəsil yetişdirildi ki, burda iştirak edən başlıca mənəvi komponentlər isə vətənpərvərlik, cəsurluq və mənəvi dəyərlərimizə sahib çıxma duyğuları idi. 2003-cü ildə 10-15 yaşında olan gənclər məhz bu idarəçilikdə və bu dəyərlər əsasında tərbiyə edilərək artıq 2020-ildə vətən savaşına qatılan 25-32 yaşlı qəhrəmlara çevirildilər. Vətən müharibəmizin qədərini təyin etdilər, düşmənə tarixi dərs verdilər. Məhz onlar yaxından döyüşdə rəşadət, şücaət, cəsarət nümayiş etdirərək Şuşamızı azd etdilər".

H.Babaoğlu vurğulayıb ki, bu dünya hərb tarixinə keçən ən nadir qəhrəmanlıq nümunələrindən bir idi: "Ancaq bununla yanaşı Azərbaycanda gənclər də, orta nəsil nümayəndələri də, yaşlılar da eyni əzm, eyni coşqu ilə Vətən müharibəmizdə əldə etdiyimiz tarixi qələbəmiz üçün əllərindən gələni etdilər. Bu isə əslində milli birlik və bərabərliyimizin, millət olaraq Ali Baş Komandanımız Prezident İlham Əliyev ətrafında yumruq kimi birləşməyimzin göstəricisi idi. Məhz bu yumruq milli birliyimizin və gücümüzün simvoluna çevrildi. Dəmir yumruq düşmənin başını əzdi,belini qırdı. Bu günlərdə Azərbaycan Prezidenti və birinci vitse Prezidentimizin Şuşaya səfər etməsi , oradan yenidə dosta və düşmənə mühüm məsajlar verməsi hər bir azərbaycanlının qəlbini fəxarət və qürur hissi ilə doldurdu".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...