"Gerçəklik ermənilərin bir əsrdən çox müddətdə boşuna mübarizə aparmasıdır” Mikael Minasyan
Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bugünkü günün planının ikinci hissəsi belədir ki, Mehrini təslim edir, sadəcə, əvəzində hakimiyyətdə qalmağına icazə verilsin deyə. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan 8 yanvar tarixində öz Facebook səhifəsində yazıb.
“Məhkumların qayıtması ilə bağlı qeydlərin birinci hissəsi o deməkdir ki, heç olmasa məhbusları geri qaytarın ki, razılaşdığımız hər şeyi edə biləm.
Mehrini təslim etdiyini insanların anlayacaqlarını düşünən zaman Nikol dəhşətə gəlir. İndi də bunu gizlətmək və "iqtisadi nəqliyyat yollarının blokdan çıxarılması", "Ermənistandan Rusiyaya yük daşınması" adı altında təqdim edərək vəziyyətdən çıxmaq üçün hər şeyi etməyə çalışır. Ancaq gerçək yalnız Nikolun Mehrini təslim etməsi və ermənilərin bir əsrdən çox müddət ərzində boş-boşuna mübarizə aparmasıdır”, deyə Minasyan öz sosial şəbəkə hesabında yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB