Övladlarını Qarabağa göndərməkdən imtina edirlər erməni əsgərlərin valideynləri
Ermənistanda çağırışçıların valideynləri, övladlarının Dağlıq Qarabağa göndərilməsinə qarşı aksiya keçirirlər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, çağırışçıların valideyinləri mitinqi Hərbi Universitetin binası qarşısında keçirirlər.
Məlumatda qeyd olunur ki, valideynlər övladlarının istəklərinə zidd olaraq onların Dağlıq Qarabağa göndəriləcəyindən şikayət edirlər. Söhbət məzuniyyətdə olan və öz vəzifələrinə qayıtmalı olan çağırışçılardan gedir.
“Uşaqların Dağlıq Qarabağa getməsini istəmirik, çünki təhlükəlidir. Oraya çatacaqlarına belə zəmanət yoxdur. Müdafiə Nazirliyindən uşaqların Ermənistan ərazisində xidmət edəcəklərinə dair zəmanət istəyirik”, deyə etirazçılardan biri bəyan edib.
Üstəlik, valideynlərin dediyinə görə, uşaqları getməkdən imtina etdikləri təqdirdə onlar məhkəmə ilə təhdid edilir.
Etirazçılar bu məsələni aydınlaşdırmaq üçün Müdafiə Nazirliyinin nümayəndəsi ilə görüş tələb edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB