Ermənistanın “Birlik” hərəkatının lideri Arman Vardanyan özünün Facebook səhifəsində baş nazir Nikol Paşinyana Azərbayvan, Rusiya və Ermənistan dövlət başçılarının gözlənilən Moskva görüşü ətrafında müzakirəsi gözlənilən məsələlərlə bağlı suallar ünvanlayıb.
“Cənab Paşinyan, hərgah ki, siz öz siyasətinizi xalqla danışarkən vicdanlı və açıq olaraq müəyyənləşdirirsinizsə, hansı ki, müharibə vaxtı biz əks vəziyyətin şahidləri olduq, onda Putin və Əliyevlə görüşünüzdəki gündəmin sirrini açın”, deyə yazan erməni siyasətçi suallarını 5 hissəyə bölüb.
SİTAT: “1. Baydenin inaqurasiyasından sonra siz siyasi kursunuzu dəyişə bilərsinimzi, Rusiya bundan ehtiyatlanırmı və sizdən əlavə zəmanətlər tələb edirmi? 2. Mehri yolu ilə bağlı son korrektələr varmı və siz Ermənistan, “artsax” (Qarabağ-R.R.) və Azərbaycan üzərindən Rusiyaya tranzit yol məsələsini həll edəcəksinizmi? 3. Azərbaycanın erməni qoşunlarının “arsaxdan” (Qarabağdan-R.R.) çıxarılmaları üçün ilkin şərtləri varmı? 4. Əgər bu şərtlər varsa, siz müharibə işini bilməyən şəxs olaraq hesab edirsinizmi ki, “artsaxın” (Qarabağı-R.R.) təhlükəsizliyinin təminatı mümkün olacaq? 5. Azərbaycanın KTMT-yə üzv olacağı tədqirdə sizin buna etiraz etməyəcəyinizlə bağlı razılaşma mövcuddurmu?”, “Birlik” hərəkatının lideri Arman Vardanyan sözügedən suallarını Nikol Paşinyana ünvanlayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB