İqtisadiyyatsız ölkə - Ermənistan TƏHLİL

İqtisadiyyatsız ölkə - Ermənistan TƏHLİL

Onsuz da digər sahələr kimi iqtisadiyyatı da yox dərəcəsində olan Ermənistan üçün 2020-ci il çox güclü hərbi-siyasi təlatümlər ili oldu və bu ölkənin iqtisadiyyatından danışmaq, yaxud hansısa iqtisadi dirçəlis gözləmək ağılasığan deyil. Hazırda iflic vəziyyətində olan bir ölkənin hansısa sehrli çubuqla dirçələcəyi nağıla bənzəyir və buna nəinki qonçu dövlətlərin, dünya ölkələrinin, heç ermənilərin özlərinin də ümidi yoxdur. Ermənistan praktik olaraq Dağlıq Qarabağı itirdi. Cəmi 44 gün davam edən müharibədə Ermənistan varını yoxunu, olan-olmazını itirdi və diz çökərək atəşkəs və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması barədə 10 noyabr bəyanatını imzaladı.
Təsəvvür edəndə ki, diz çökmüş Ermənistanda nəinki fatdalı qazıntılar, qlobal layihələrdə iştirak, bir də üstəlik nümunə üçün bircəcik fəaliyyət, biznes, işgüzarlıq mühiti yoxdur, o zaman bu biçarə ölkənin bundan sonra hansı vəziyyətə düşəcəyi bəlli olur. Sovetlər hakimiyyəti dövründə 15 respublika arasında ən ərköyünü olan Ermənistan 70 il bütün mövcudluğunun demək olar ki, qızıl dövrünü yaşadı. Heç bir faydalı qazıntısı, heç bir sənaye, kənd təsərrüfatı məhsulu olmayan Ermənistan o yekəlikdə SSRİ üçün matah tikəyə çevrildi və bir əsrə yaxın müddətdə ermənilər yağ-bal içində üzdülər və elə zənn etdilər ki, belə də olmalıdır. Amma, SSRİ-nin dağılması ərəfəsində bu ərköyünlükləri pik həddə çatdı və hədsizlik o yerə çatdı ki, Sövetlər ittifaqından ayrılmağı bəyan edən ermənilər, üstəlik Dağlıq Qarabağa da iddialı olduqlarını gizlətmədilər və bu əraziləri öz əraziləri kimi təqdim etməyə başladılar. Məsələnin tarixi, yaxud hüquqi tərəfləri müzakirə mövzusu deyil. Müzakirə mövzusu bu işğalçı ölkənin çiyinlərinin tab gətirməsi mümkünsüz olan yükləri tamahkarlıq səbəbilə öz üzərinə götürməsidir ki, bu gün həmin çiyinlərin götürülən yüklərə tab gətirmədiyini bütün dünya görür.
Qeyd olunduğu kimi Sovet imperiyasının mövcudluğu dövründə Ermənistan adlı ölkədə Azərbaycanda olduğu kimi neft-qaz hasilatı yox idi. Bu işğalçı ölkə emal müəssisələri baxımından da SSRİ üçün yararlı deyildi. Ermənistan kənd təsərrüfatı məhsulları, ələlxüsus texniki bitgi olan pambıq, tütün tədarükündə də nə Orta Asiya, nə də Azərbaycanla müqaisə olunacaq deyildi. Dənli bitgilərin əkin sahələri də yenə Azərbaycanda, Orta Asiyada, Ukraynada daha çox idi və taxıl tədarükü sahəsində də Ermənistan Sovetlərə faydasız idi. Bir sözlə, heç bir rentabelliyi olmayan bir ölkə idi Ermənistan SSRİ üçün. Amma, bunun müqabilində ruslar erməniləri yaxşıca təmin edir, heç bir respublikadan zəif yaşamalarına imkan vermirdilər. Bunun əvəzində ermənilər 70 ildən sonra ruslara təpik atmağa başladılar, ayrılıb, müstəqil ölkə olmaq qərarı verdilər ki, bu əməlləri onların nankorluğunu isbat etməklə yanaşı bir sıra məqamlara da aydınlıq gətirir. Doğrudur, hərhansı bir xalqın və yaxud erməni, hay kimi toplumun ayrıca bir ölkə, müstəqil dövlət olmaq istəyi başadüşüləndir, amma buna potensial imkanın mövcudluğu da nəzərə alınmalıdır. Əgər ötən əsrin sonlarına, daha dəqiq desək, SSRİ-nin dağılmasına qədər yardımlar, köməkliklər hesabına dolanırdılarsa və bundan sonra da iyanələr hesabına müstəqil dövlət olmaq niyyətləri var idisə, deməli, köklü şəkildə yanılıblar və mövcudluqlarını şübhə altında sayanlar haqlıdırlar.
Ermənistan dövləti, müstəqil ölkə kimi varlıq istəyi bir tərəfə, güc gələn tamah erməniləri daha əlavə torpaqlar zəbt etməyə sövq elədi. Dağlıq Qarabağı ələ keçirmək, özününküləşdirmək istəyənlər oradakı tarixi abidələrə bilərəkdən “əl gəzdirmək” kimi bəd əməllərlə kifayətlənmədilər və ötən əsrin sonlarından etibarən çirkin niyyətlərini açıq-aşkar bəyan etdilər, bu çirkinlikləri uğrunda qan tökülməsinə də rəvac verdilər. Soyqırımlara imza atan ermənilər Azərbaycan ərazilərindən azərbaycanlıları da zorla qovub çıxardılar, qaçqınlıq həyatı yaşatdılar və hətta bəzilərinin köçüb canını qurtarmasına da imkan vermədən Xocalı kimi soyqırım törətməklə qətllərinə bais oldular. Amma yenə də müzakirə mövzusu bu məqamlar yox, məhz heç bir gücü, imkanı, potensialı olmayan bir ölkənin bir ölkə kimi təqribən öz məskunlaşdığı ərazisi boyda əraziləri ələ keçirmək istəyidir. Yəni, ermənilər rusların hesabına məskunlaşdıqları torpaqlarda öz-özlərini dolandıra, təmin edə bilmədikləri halda, əlavə olaraq Dağlıq Qarabağa göz dikib oraları ələ keçirmələri və bu ərazilərdə az qala əsrin üçdə biri qədər müddətdə heç bir əməli iş görməmələri, buna güclərinin çatmamaları diqqəti cəlb edir. Bu tamahkar haylar dərk edə bilmirlər ki, ərazilərə sahib olmaqla heç də hər şey bitmiş hesab olunmur və həmin ərazilərin infrastrukturu, abadlıq işləri də tələb olunur. Amma, ötən illərdən sonra, yəni ermənilərin 30 ilə yaxın bir müddətdə zəbt etdikləri torpaqları Azərbaycan Ordusu öz Ali Baş Komandanının rəhbərliyi, siyasi iradəsi, iradəçilik və uzaqgörənliyi ilə, bacarığı ilə geri qaytardıqdan sonra, həinki abadlıq işləri, həmin ərazilərin necə dağıdıldığının bütün dünya şahii oldu. Şahidi oldu ki, utanmadan ərazilər guya Ermənistanındır deyən bu haylar zəbt etdikləri bu ərazilərə illər boyunca sahib çıxmayıb, əksinə darmadağın ediblər.
Məsələ burasındadır ki, ermənilər başda onların başbilənləri, baş nazirləri olmaqla yaxşı bilirlər ki, ölkə dedikləri heç o xaos məkanını belə təmin etmək qabiliyyətində, imkanında deyillər. Bunun üçün iqtisadiyyat, gəlir, büdcə deyilən bir şeyləri yoxdur. Bəlkə də büdcə adlandırmaq istədikləri səbətdə kimlərinsə iyanələri, yardımları gözlərinə dəyə bilər. Amma, əvvəla bunun heç də daimi olacağını kimsə deyə bilməz və daimi təminat barədə Ermənistan sığortalanmayıb. Digər tərəfdən də dilənmək, kimlərinsə, hansısa ölkələrinsə, hansısa qurumlarınsa, təşkilatlarınsa hesabına vəsait əldə etməklə bir ölkənin stabilliyi barədə bircə kəlmə söz demək mümkündürmü? Əlbəttə ki, yox. Əks halda sözügedən bu ölkə bu qədər rəzil duruma düşməzdi.
Ermənistan çəkdiyi açıların, verdiyi itgilərin müqabilində matəm içindədir və hələ uzun müddət yas saxlayacağı təkzib edilə bilməz. Hələ uzun müddət bu diz üstə çökən ölkə vətəndaşları ayağa qalxmağı yuxularında görə bilərlər. İrəvanda habelə bütün çılpaqlığı ilə anladılar ki, onlar üçün qurtuluş yaxınlaradək nifrət etdikləri Rusiyadan gəlib və bundan sonra da qurtuluşları ruslardan asılıdır. Əbəs yerə deyil ki, Ermənistandakı bir çox siyasi qüvvələr Rusiya Federasiyası ilə daha güclü bir hərbi-siyasi ittifaq qurmağı təklif edirlər. Çünki, bilirlər ki, Ermənistan iqtisadiyyatsız və imkansız bir ölkədir.
Pandemiya, müharibə, daxili siyasi çəkişmələr bir-birini əvəz etməyə başladı və bütün bunlar demək olar ki, olmayan Ermənistan iqtisadiyyatını tamamilə yox etdi. 2020-də iqtisadi kiçilmə bu işğalçı ölkə üçün fantastik oldu. Təzə ildə bu, böyümə ilə əvəz edilə bilərmi? Bunu iddia edənlər görəsən hansı resurslara istinadə edə bilərlər? Bu boyda ağır məğlubiyyət və itgilərə səbəb olan müharibəsonrası inkişaf, iqtisadiyyat barədə söyləmək mümkünsüzdür. Üstəlik, həmin o Dağlıq Qarabağ dediyimiz qanuni ərazilərimizdə özünə qanunsuz şəkildə yer edən ermənilər həmin ərazilərdəki əkin sahələrindən belə məhrum oldular. Bu qanunsuz məskunlaşan insanların qanunun tələbi ilə əraziləri tərk etməsi nəticəsində Ermənistan yenə də çox məqamlardan məhrum oldu. Bu məhrumiyyətlərdən biri əkin sahələri idisə, digəri də həmin ərazilərə görə erməni lobbisinin, bütün dünya erməniliyinin Dağlıq Qarabağa görə ayırdığı, yardım, iyanə etdiyi vəsaitlər idi ki, indi həmin ərazilər olmadan İrəvan bunu ancaq yuxusunda görə biləcək.
İqtisadiyyatının inkşafı başlarına dəysin, indi Ermənistan heç olmasa nəzəri olaraq bu itkiləri ödəməli, eyni zamanda evsiz-eşiksiz qalan insanların mənzil və sosial problemlərini həll etməlidir. Əkinçilik üçün sahə tapılmalı, bununla məşğul olmaq üçün hansısa planlar irəli sürülməlidir, küçə və meydanlarda vandallıq etmək, istefa deyə qışqırmaq yox. Hazırda ciddi daxili siyasi çəkişmələr şəraitində hansısa fəaliyyət, gəlir əldə edilməsi istiqamətində əməli səy belə gözə çarpmır. Az qala vətəndaş müharibəsi şəraiti, Ermənistan iqtisadiyyatı deyilən ifadənin belə üstündən çarpaz xətt çəkir. Yəni, bu ölkənin iqtisadiyyatı ifadəsi belə səslənmir və gündəmə gətirilmir. Ölkə təlatümlər içərisində böğulur və önə çıxan liderlər xalqa xoş güzaran bir tərəfə, iş güc vədi də yox, yalnız ambisiyalı ifadələr səsləndirir. Absurd yanaşmalar, pafoslu ifadələr İrəvan küçələrini bürüyüb və bunun ölkə büdcəsinə bir quruş xeyir gətirəcəyini kimsə düşünə bilməz.
Xaricdən investisiya axınına da ümid yeri qalmayıb bu biçarələrin. Çünki investisiya axını da daxili sabitliklə bilavasitə əlaqəli və hətta ondan asılıdır. Ona görə ki, xarici investorlar belə sabitlik olmayan məkana kapital qoyuluşu etməzlər. Heç kim münaqişələrin daxildən didib parçaladığı ölkəyə investisiya qoymayacaq. Ola bilsin ermənilər müəyyən vaxtdan sonra xarici investorlara ümid edirlər, bəlkə də bunu onların başsız baş nazirləri də vəd edir daxili auditoriyaya, amma unutmamalıdırlar ki, investorpar investisiyanı qlobal və regional layihələrdə olan Azərbaycana və Gürcüstana yatırarlar, Ermənistana yox.
Ola bilsin, Rusiyanın bundan sonra da kömək edəcəyi ümidində olan ermənilər var, amma onlar da bilməlidirlər ki, rusların belə bir niyyəti hələ yaxın zaman üçün ağlasığan deyil və bunun üçün də ermənilərin müəyyən müddət gözləmələri tələb olunur. Yaxşı, bəs həmin o müddət dediyimiz vaxt intervalında bu biçarə ölkə hansı vəsaitlər hesabına ayaqda qalacaq? Bax bu çox düşündürücü sualdır və zənnimcə ermənilər Azərbaycan torpaqlarından hansısa kəndin, hansısa ərazinin, yaxud bir həyətyanı torpağın qənimət kimi qamarlanması kimi xam xəyala düşməkdənsə, bu sual ətrafında fikirləşsələr onlar üçün daha faydalı olar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə