Radikal müxalifət ermənilərlə birləşib qələbəmizə kölgə salmağa çalışır - AÇIQLAMA
Radikal müxalifət nümayəndələri Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinə kölgə salmağa çalışırlar. SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, həmin insanlar cəmiyyəti aldatmağa çalışırlar: “Adlarını çəkmək istəmədiyim bəzi partiyalar yalnış informasiyalar yayır, insanları aldatmağa çalışırlar. Özləri hərbi xdmətdə olmayan, əlində bir dəfə də olsun silah tutmayan adamlar gəlib qəribə fikirlər səsləndirilər. Azərbaycan ordusu öz qüdrətini göstərərək torpaqlarımızı işğaldan azad edib. İndi yalan informasiyalarla inanları çaşdırmaq olmaz, bütün insanlar həqiqəti görür.
Qələbəmizi həzm edə bilməyən radikal müxalifət ermənilərlə birləşib qələbəmizə kölgə salmağa çalışır. Ancaq onların bu çirkin niyyəti baş tutmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB