“Yaxın 30-40 ildə Ermənistan Azərbaycana qarşı hərbi planda heç bir müqavimət göstərə bilməyəcək. 44 günlük Vətən müharibəsi zamanı İrəvan canlı qüvvə sarıdan ağır itkilər verib, Ermənistan ordusunun texnikasının 80-90%-i məhv edilib. Bir yanda 10 milyonluq Azərbaycan, digər yanda 83 milyonluq Türkiyə, Ermənistan əhalisi isə 3 milyondan azdır. Ona görə də Ermənistanın müharibəni bərpa etməsi ehtimalı çox aşağıdır”. Bunu SİA-ya “Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Nikol Paşinyan hakimiyyətdən uzaqlaşdırılsa belə, onu əvəzləyən siyasətçinin hərbi revanş almağa cəsarəti çatmayacaq. “Çünki Ermənistanın bundan ötrü kifayət qədər resursu yoxdur”, - deyə o qeyd edib.
Hadisələrin bundan sonrakı mümkün inkişaf ssenarisindən danışan E.Şahinoğlu mövcud şərtlər daxilində Ermənistanda erkən parlament seçkilərinin keçirilməsini mümkün sayır: “Paşinyan cəmiyyətin hərbi məğlubiyyətin bütün acısını həzm edə bilməsi üçün vaxtı uzatmaq niyyətindədir. Hərçənd erməni toplumu demək olar, ”Qarabağ yükü"ndən qurtulub. Ona görə də toplumun bir hissəsi hələ də Paşinyanı dəstəkləyir. “Maydanlar” və küçə yürüşləri ilə Nikol Paşinyanın istefasına nail olmaq çox çətindir. Birincisi, Ermənistan müxalifəti meydana heç 7 min adam yığa bilmir. İkincisi, onlar parlamentdə belə Paşinyanın istefasına nail ola bilmədilər, çünki orada əksəriyyəti Paşinyan tərəfdarı olan “Mənim addımım” fraksiyası təşkil edir. Onu ancaq hərbi çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırmaq olar", - politoloq vurğulayıb və əlavə edib ki, yaranmış durumda Nikol Paşinyan erkən parlament seçkiləri keçirməyə məcbur olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB