Gürcüstanın Leyboristlər partiyası: \"Azərbaycandakı səfirimiz geri çağırılsın\"

Gürcüstanın Leyboristlər partiyası: \"Azərbaycandakı səfirimiz geri çağırılsın\"

\"Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze geri çağrılsın və fəaliyyətinə xitam verilsin\". SİA-nın "Medianews" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Leyboristlər partiyasının liderlərindən biri Soso Şatberaşvili deyib. Onun sözlərinə görə, səfir Temur Şaraşenidze öz vəzifələrini ləyaqətlə yerinə yetirmir.

Qeyd edək ki, bir müddət əvvəl gürcü mətbuatı Qaxda yaşayan gürcü icmasının səfir Şaraşenidzedən narazı olduqları üçün onun geri çağrılması tələbi ilə çıxış etdiklərini xəbər vermişdi.
Xatırladaq ki, Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze isə çıxışında Azərbaycandakı səfirini geri çağırmağa hazırlaşmadıqlarını bildirib. Onun sözlərinə görə, təmsil etdiyi qurum səfir Temur Şaraşenidzenin öz vəzifələrini ləyaqətlə yerinə yetirdiyinə şübhə etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə