Könüllü gənclər aksiyada fəallıq göstəriblər FOTOLAR

Könüllü gənclər aksiyada fəallıq göstəriblər FOTOLAR

Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan ağacəkmə aksiyası Heydər Əliyev park-kompleksinin ərazisində reallaşdırılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayaramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri, idarə və müəssisələrin əməkdaşları, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada YAP Gəncə şəhər təşkilatının partiya fəalları, könüllü gəncləri fəallıq göstəriblər.

Aksiya iştirakçıları ümumilikdə 2783 ağac əkiblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə