Rusiya sülhməramlılarının legitimliyi zərbə altında qala bilər - Sergey Markov

Rusiya sülhməramlılarının legitimliyi zərbə altında qala bilər - Sergey Markov

"Neytrallıq prinsipinin pozulması Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinin legitimliyini zərbə altına qoya bilər". SİA xəbər verir ki, bunu açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.

Politoloqun sözlərinə görə, bir sıra Rusiya sülhməramlısı ənənəvi olaraq Ermənistanla, mümkündür ki, Ermənistanın Müdafiə Nazirliyi ilə, Dağlıq Qarabağ ərazisindəki erməni silahlı birləşmələri ilə təmasdadırlar: "Ola bilsin ki, Rusiya sülhməramlıları daha çox erməni tərəfinin səsinə qulaq asırlar. Ona görə ki, Rusiya sülhməramlıları daha çox onlarla təmasdadırlar. Düşünürəm ki, Azərbaycan ictimaiyyətinin haqlı qəzəbinin, narahatlığının ciddi əsasları var və bu qəzəb Rusiya tərəfindən heç bir halda diqqətdən kənarda qalmamalıdır, qalmayacaq da...".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə