“Yeni ilədək Paşinyan gedəcək, Köçəryan əsas personaj olacaq" Ayk Xalatyan
Nikol Paşinyan bu gün Robert Köçəryanın erməni siyasətində bir amil olması üçün hər şeyi etdi və indi Ermənistanın ikinci prezidenti çoxları üçün alternativ olacaq. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, siyasi müşahidəçi Ayk Xalatyan bunu “FactInfo” studiyasındakı “Mövqe” proqramına müsahibəsində söyləyib.
“Robert Köçəryanın yenidən hakimiyyətə qayıtmaq istəyib-istəmədiyini bilmirik. Bir şey aydındır ki, növbəti seçkilərdə Köçəryan siyasətdə indikindən daha böyük rol oynayacaq”, deyə Xalatyan bildirib.
Ayk Xalatyana görə, Ermənistanda hakimiyyət dəyişikliyi yeni ildən əvvəl baş verəcək.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB