Erməni deputatı başını tutdu: “Bu düşüncə ilə hara gedirsiniz?” FİKİR AYRILIĞI
Ermənistanın yeni təyin olunmuş iqtisadiyyat naziri Vaan Kerobyanın Qarabağla bağlı razılaşmanın bölgədə ticarət üçün yeni imkanlar açacağı və gələcəkdə Azərbaycan bazarının erməni malları üçün açıq olacağı ilə bağlı açıqlaması Ermənistan cəmiyyətində həddindən artıq narazılığa səbəb olub.
Bununla yanaşı, “Mənim addımım” fraksiyasının deputatı Hayk Gevorkyan bəyan edib ki, erməni mallarının Azərbaycanda satışında pis heç nə yoxdur.
“Əgər biz öz məhsullarımızı Azərbaycanda realizə edə bilərsək, məgər bunda pis nə isə olacaq?”, deyə erməni deputatı bildirib və qeyd edib ki, hər hərfin ətrafında səs-küy qaldırmaq yaxşı nəyəsə gətirib-çıxarmayacaq.
Jurnalistlər deputata daha bir sual ünvanlayıblar: “Əgər azərbaycanlılar bizik əsgərləri öldürüblərsə, bu zaman onların məhsullarının Ermənistanda satılması nə qədər düzgün olardı?”.
Bu sualdan sonra başını tutan Gevorkyan “Mən bilmirəm, siz belə bir düşüncə ilə hara gedirsiniz”, deyə o bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB