Paşinyan sülhməramlılardan danışdı TASS

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlıları kontingentinin Qarabağdakı fəaliyyətləri barədə TASS agentiyinə müsahibə verib. SİA adıçəkilən agentliyə istinadən xəbər verir ki, erməni baş nazirinin sözlərinə görə, rus sülhməramlılarının Qarabağda fəaliyyətləri beş illik müddətlə məhdudlaşmayacaq.

“Beş il müddətində regiondakı sabitlik və təhlükəsizlik zəmanətini yaratmaq üçün bu işi həmin müddətə çatdırmaq lazımdır. Qarabağ münaqişəsi uzunmüddətli olduğu üçün düşünmürəm ki, rus sülhməramlılarının mövcudluğu beşillik müddətlə məhdudlaşacaq”, Paşinyan bildirib.

Onun sözlərinə görə, beşillik müddət prosesin avtomatik uzadılması çərçivəsindəki mümkün başlanğıcıdır.

“Ümid edirəm ki, rus sülhməramlıları uğurlu fəaliyyət göstərərək bu missiyanı real olaraq həyata keçirəcəklər”, Paşinyan bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə