Ərdoğan G20-nin Zirvə toplantısında Qarabağdan danışdı CNN TURK

Türkiyənin Prezidennti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının dönəm rəhbərliyi ilə keçirdiyi G20 sammitinin Zirvə toplantısına canlı bağlantıyla qatılıb. SİA CNN Türk-ə istinadən xəbər verir ki, toplantıda bir sıra önəmli məsələlə ətrafında danışan Türkiyə Prezidenti Dağlıq Qarabağda baş çatan müharibə barədə də fikirlərini bölüşüb.

Dağlıq Qarabağda 30 ildir davam edən işğalın sona çatmasına dəstək göstərdiklərini deyən Ərdoğan Həzrət Mövlanədən sitat gətirib: “Hər nə qədər çətin günlər yaşasaq da, Həzrət Mövlanənin dediyi kimi, ümidsizliyin ardına neçə ümidlər, qaranlığın ardında neçə günəşlər olduğunun fərqindəyik. Bütün insanlıq olaraq əl-ələ, könül-könülə verdiyimizdə sıxıntılarımızın daha da həfifləyəcəyinə inanırıq”.

Ərdoğan yaşanılan torpaqların sadəcə dədələrdən qalan miras deyil, eyni zamanda uşaqların bir əmanəti olaraq görülməsi vacibliyini də ifadə edərək, sadəcə bu günün deyil, sabahların, uşaqların və sonrakı nəsillərin də düşünülməsinin önəmliyini vurğulayıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə