Baş separatçı Rusiyaya niyə təşəkkür etdi?

Baş separatçı Rusiyaya niyə təşəkkür etdi?

Özünü qondarma rejimin rəhbəri adlandıran baş separatçı Arayik Arutyunyan müharibəni dayandırdığına görə Rusiyaya və bu ölkənin prezidenti Putinə təşəkkür edib. SİA xəbər verir ki, baş terrorçu bu barədə özünün Facebook səhifəsində yazıb.

Dağlıq Qarabağda özünü qondarma rejim rəhbəri qeyd edib ki, Rusiya Federasiyasının yüksək rəhbərliyi tərəfindən göstərilən səylər və tədbirlər sayəsində Azərbaycan-Qarabağ münaqişəsi zonasında qan tökülməsini dayandırmaq mümkün oldu: "Vəziyyəti stabilləşdirmək, atəşkəs və müharibənin bitməsi, bölgədə sülh və sabitliyin bərpası üçün göstərilən səylərə vasitəçilik etdiyi üçün Rusiya Federasiyasına və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkürümüzü bildiririk”.

Onun sözlərinə görə, rus sülhməramlıları "vacib bir sabitləşdirici amil" halına gəlib. Arutyunyan general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi Rusiya kontingenti ilə təsirli bir əməkdaşlıq qurulduğunu da əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə