Qarabağda Paşinyana və hökumətə qarşı nifrət var “Past” qəzeti yazır

Qarabağda Paşinyana və hökumətə qarşı nifrət var “Past” qəzeti yazır

Ermənistan tərəfinin təxribatlarına cavab olaraq Azərbaycan tərəfinin uğurlu antiterror əməliyyatlarına başlaması, torpaqların bir-birinin ardınca işğaldan azad edilməsi, geri qaytarılması erməni cəmiyyətində narazılıqlara səbəb olub. Xüsusilə, Dağlıq Qarabağda məskunlaşan erməni əsilli əhalinin də hiddəti özünü büruzə verir və gərginliyi də göz önündədir.
Dağlıq Qarabağda Ermənistanın mövcud hökumətinə və xüsusilə, Nikol Paşinyana qarşı son dərəcə mənfi münasibət, nifrət müşahidə edilir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Qəzet yazır ki, 10 noyabr gecə saatlarında bir neçə məmur, “Mənim Adımım” blokunun nümayəndələri, millət vəkilləri, nazirlər Xankəndinə ziyarət ediblər və baş verə biləcək onlar üçün arzuolunmaz hadisələrin yerindəcə qarşısını almağa çalışıblar. Onlar Xankəndinin meydanına toplaşdıqları zaman, məmurları tanıyan yerli sakinlərin şiddətli reaksiyası ilə qarşılaşmalı olublar.
“O zaman qondarma rejim rəhbərliyinin nümayəndələri baş verməsi gözlənilən gərginliyin qarşısını almaq üçün, sadəcə rəsmi şəxsləri meydandan uzaqlaşdırıblar. Həmin andan etibarən Dağlıq Qarabağ sakinləri mövcud hökumətə və xüsusilə, Nikol Paşinyana qarşı son dərəcə mənfi mövqedədirlər”, deyə qəzet yazır.
Bəlli olur ki, nəinki Ermənistanda yaşayan, hətta Dağlıq Qarabağda məskunlaşan ermənilər də Paşinyana və Ermənistan hökumətinə qarşı nifrət bəsləyir. Hazırda itkilərlə, məhrumiyyətlərlə və ehtiyaclarla dolu çətinliklərlə qarşılaşan ermənilərin bu baxımdan Ermənistanın mövcud hakimiyyətinə, xüsuslə baş nazir Paşinyana olan mənfi münasibəti anlaşılandır.

Bütün xəbərlər Facebook səhifəmizdə