"Ali Baş Komandanın çıxışını göz yaşları içində dinlədik" - AÇIQLAMA ÖZƏL

"Ali Baş Komandanın çıxışını göz yaşları içində dinlədik" - AÇIQLAMA ÖZƏL

"Coşqumuz sonsuzdur! Cənab Prezident, Ali Baş Komandanın çıxışını göz yaşları içində dinlədik. Addım-addım zəfərə yaxınlaşırıq. Ermənistanın işğalçı ordusunu iti qovan kimi qovuruq". Bunu SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan deyib.

Diplomat deyib ki, bizlərə bu günləri yaşadan Allaha şükürlər olsun: "Şuşanın tarixi, strateji önəmi çox böyükdür. Müqəddəs məkanlarımız işğaldan öncəki halına dönəcək. İnanırıq ki, tarixi zəfərlər əldə etməyə davam edəcəyik".

H.Altınalan vurğulayıb ki, bu sevinci bizlərin yaşayamasına səbəb olan Ali Baş Komandan və onun əsgərlərinə təşəkkür edirik: "Bu tarixi qələbələrə bizləri şahid edən Allaha şükür edirik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə