“Paşinyan başını itirib, əvvəl bir söz deyir, sonra da onun əksini” Eduard Şarmazanov
"Diplomatik strategiyanın konkret hədəfləri olmalıdır. Ermənistanda isə, bunun əvəzinə hökumət səhər bir söz, günorta başqa söz, axşam isə deyilənləri təkzib edən tamamilə ayrı bir söz deyir."
SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
Keçmiş vitse-spiker Paşinyan hakimiyyətinin qətiyyət nümayiş etdirmədiyini açıq şəkildə deyib.
"Əvvəl deyirdilər ki, sülhməramlılar məsələsi bizim gündəmimizdə yoxdur. Sonra sülhməramlıların xeyrinə fikirlər səsləndirməyə başladılar. Əvvəl Dağlıq Qarabağla hərbi alyansdan bəhs etdikləri halda, sonra Ermənistanın Qarabağı tanımasından, daha sonra xilas adına bölünmədən, daha sonra isə birləşmə adına ayrılmadan danışdılar. Paşinyan hətta bir qədər sonra cəmiyyətin ağrılı kompromisə hazır olduğunu da elan etdi və ən sonunda da bunu beynəlxalq aləm üçün dediyini, sona qədər gedəcəyini söylədi. Əvvəl deyirdilər ki, bir qarış torpaq verməyəcəyik. Bu günlərdə isə Araik Arutyunyan erməniləri Şuşanın müdafiəsinə çağırdı", deyə Eduard Şarmazanov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB