San-Fransiskoda Bərdə terroruna etiraz FOTO

San-Fransiskoda Bərdə terroruna etiraz FOTO

Amerikada San-Fransisko şəhərində Bərdəyə atılmış raketlər nəticəsində mülki vətəndaşların öldürülməsinə etiraz olaraq yürüş keçirilib. SİA-nın verdiyi məlumata görə, yürüşdə orada yaşayan hərmyerlilərimiz, həmçinin türk icmasının nümayəndələri iştirak ediblər. Aksiyanın əsas təşkilatçılarından biri olan Azad Seyidov bildirib ki, bu, bir həmrəylik yürüşü idi. Bu yürüş milli ruhda keçirildi. Bizi sevindirən əsas məsələ isə burda iqtidar, müxalifət söhbətinin olmaması idi. Söhbət Azərbaycandan gedirsə, insanlarımız bir yerə toplaşmağı bacarır”.

Aksiyada "Pray for Barda" ("Bərdə üçün dua et!"), "Ermənistan geri çəkilməlidir", "Qarabağ Azərbaycandır" şüarları olan plakatlar qaldırılıb. Aksiyada, eyni zamanda, Ermənistanın Bərdədə törətdiyi terroru əks etdirən şəkillər də yer alıb.

Xatırladaq ki, oktyabrın 25-də də San-Fransisko şəhərində yaşayan soydaşlarımız ermənilərin Gəncə şəhərində dinc əhaliyə törətdiyi terrora qarşı etiraz aksiyası keçirmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə