Elxan Poluxov: “Eurovision-2012\" müsabiqəsinin təşkili üçün üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq”

Elxan Poluxov: “Eurovision-2012\" müsabiqəsinin təşkili üçün üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq”

Azərbaycan təmsilçilərinin "Eurovision 2011" müsabiqəsində qalib olması Azərbaycanın böyük qələbəsidir və ölkə növbəti dəfə dünyada özünü tanıtdi. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib. Onun sözlərinə görə, bu bir daha Azərbaycanın regionun öndə gedən və bütün sahədə öz sözünü deməyə qadir olan ölkə olduğunu təsdiq etdi.

Elxan Poluxov həmçinin bildirib ki, Azərbaycan XİN-ni \"Eurovision-2012\" müsabiqəsinin təşkili üçün onun üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır: "Azərbaycan növbəti müsabiqənin Bakıda keçirilməsi üçün böyük işlər həyata keçirməlidir. Azərbaycan XİN bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirməyə, müvafiq işləri görməyə hazırdır. Bizi böyük və gərgin iş gözləyir".

Qeyd edək ki, Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal \"Running Scared\" mahnısı ilə 221 bal toplayaraq \"Eurovision 2011\" müsabiqəsinin qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə