Paşinyan, Bərdəyə raket hücumu ilə böyük səhv etdiniz - Hikmət Hacıyev

Bərdə möhkəm qətiyyəti ilə əvvəlkindən daha güclüdür.

SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.

H.Hacıyev qeyd edib: “Nikol Paşinyan, siz kasetli raket hücumu ilə Bərdənin mülki əhalisini qorxutmaq istədiniz? Bərdə möhkəm qətiyyəti ilə əvvəlkindən daha güclüdür. Böyük səhv etdiniz, hesabınıza daha bir hərbi cinayət əlavə etdiniz. Biz sizin cinayətlərinizi göstərmək üçün indi də Tərtərə gedirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...