Paşinyanın sirli məktubu İLGİNC

Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, Nikol Paşinyan parlamentdənkənar qüvvələrlə görüşü zamanı mövcud vəziyyətlə bağlı informasiya verərkən situasiyanın ümidsiz olduğuna işarə edib və iştirakçılara mühüm informasiya daşıyan məktub verib. Görüş iştirakçılarına isə heç bir halda məktubun mətnini ictimailəşdirməmək tapşırılıb. Belə ki, bu, Ermənistana zərər vura bilərmiş.

SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, jurnalistlər qondarma “dqr” “prezidentinin” mətbuat katibi Vaqram Poqosyandan Paşinyanın həmin məktubun mətni və onun Araik Arutunyana verilib-verilmədiyini soruşublar. Lakin Vaqam Poqosyan Araik Arutunyana heç bir məktubun verilmədiyini bildirib.

Jurnalistlər Arutunyan Paşinyanla tez-tez yazışmada olduğunu xatırladaraq onun həmin yazışmalardan məlumatsız olması barədə suallarını cavablandıran Poqosyan onları inandırmağa çalışıb ki, əgər belə bir hal olsaydı, mütləq məlumatlı olardı.

“Hraparak” qeyd edib ki, məktubun surəti siyasi dairələrdə çıxarılır və Paşinyan onu şəxsən təqdim edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...