Prezident İlham Əliyev: “Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını göstərir”
“Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir. Yəni, bu, Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Yəni mülki əhalini, şəhərləri vurmaq qəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni, nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır”. Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində səsləndirib.
Dövlətimizin başçısı deyib ki, bütün bunlara baxmayaraq Azərbaycan əsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarət göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir: “Bilirsiniz, Tərtər şəhərini demək olar ki, dağıdıblar. Tərtər şəhərində bizim vətəndaşlar kişi kimi, mərd-mərdanə durublar. Deyiblər ki, öldü var, döndü yoxdur, torpağımızdan heç yerə getməyəcəyik. Nə qədər mərmi düşüb? Gün var idi ki, təkcə Tərtər şəhərinə iki min mərmi düşdü. O da balaca bir şəhərdir... Cəbrayıl şəhərini götürmək böyük qəhrəmanlıq tələb edir. Çünki bir daha demək istəyirəm ki, bu 30 il ərzində, atəşkəs rejimi dönəmində orada bir neçə xətt istehkam quruldu, özü də çox möhkəm. Bir də ki, o bölgənin relyefi də təbii istehkamdır. Yəni, Dağlıq Qarabağ dağlarda yerləşir. Yəni, biz aşağıdan yuxarıya gedirik. Bunun nə qədər çətin olduğunu hər kəs anlayar. Ona görə Azərbaycan əsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, cəsarət göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir. İnşallah sona qədər irəliyə gedəcəyik”.
Metyu Brayza: “Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Abşeron, eləcə də digər şəhər və regionlarına hücumları beynəlxalq cinayətdir”
ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Abşeron, eləcə də digər şəhər və regionlarına hücumları ilə bağlı açıqlamasında bildirib ki, bu beynəlxalq cinayətdir.
Metyu Brayza onu da vurğulayıb ki, artıq son günlər baş verənlərdən qorxuya düşən Ermənistan anlayır ki, artıq uduuzub: “Ermənistanın addımına beynəlxalq ictimaiyyətin reaksiyası necə olacaq, mən artıq bilmirəm. Amma hesab edirəm ki, bu, münaqişənin ciddi bir mərhələsidir. Artıq Ermənistan tərəfi anlayır ki, müharibəni uduzur. Ermənistan dinc əhalini ona görə atəşə tutur ki, Azərbaycanın uğurlu hərbi əməliyyatlar apardığını görür. Azərbaycanın pilotsuz uçuş aparatları çox yüksək səviyyədədir. Ermənistan pilotsuz aparatlardan özünü müdafiə etmək üçün vasitələrə malik deyil. Azərbaycan Silahlı Qüvvələri addım-addım irəliləyir, Azərbaycan ərazilərini azad edir. Cəbrayıl, Füzuli, cənub istiqamətində digər ərazilər. Hesab edirəm ki, Ermənistan tərəfi başa düşür ki, əgər Azərbaycanın əməliyyatları davam etsə, bu, müharibənin sonu olacaq və Azərbaycan qalib gələcək. Buna görə də Ermənistan münaqişənin foksunu dəyişmək istəyir və dinc əhalini atəşə tutmaqla Bakını məcbur edir ki, reaksiya versin”.
M.Brayza hesab edir ki, Ermənistanın məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək və hərbi yardım almaqdır: Azərbaycanın eyni şəkildə cavab verməməsi çox vacibdir. Azərbaycan qanuni şəkildə hərbi əməliyyatlarını davam etdirib, ərazilərini işğaldan azad etməlidir. Əminəm ki, Bakı İrəvan kimi reaksiya verməyəcək”.
M.Brayza ümid edir ki, bir neçə həftədən sonra danışıqlar başlaya bilər: “Bunun üçün kimsə vasitəçi olmalıdır. Fransa prezidentinin tutduğu mövqeyə görə Minsk Qrupu üçün belə rolu oynamaq çətin olacaq. Prezident Makron tamamilə bir tərəfi dəstəkləyir və buna görə də Minsk Qrupunun vasitəçi rol oynayacağını düşünmürəm. Amma kimsə bu rolu oynamalıdır. İndi Ermənistanın tərəfində olan Rusiya və Azərbaycanın yanında olan Türkiyə var. Mən ümid edirəm ki, yaxın günlərdə Moskva İrəvana deyəcək ki, artıq danışıqlar aparmaq vaxtıdır. Türkiyə isə Bakıya deyəcək ki, bəli, siz qalib gəldiniz, indi danışıqlar prosesinin yeni fazasına başlamaq lazımdır».
Ermənistanın terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır
Belə ki, BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistanın Dağlıq Qarabağ və ətraf 7 rayonda qeyri-qanuni fəaliyyəti, xüsusilə qanunsuz məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Son vaxtlar Ermənistan rəhbərliyinin və erməni lobbisinin regiondakı vəziyyətdən məqsədyönlü şəkildə istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki (Suriya, Livan və s.) erməni əsilli əhalinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüququn bütün prinsiplərinə ziddir.
Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində aparıcının “Bu siyasi dalanda Rusiya vasitəçiliyi Azərbaycan üçün məqbuldurmu?” sualına cavabında bildirib. “Ona görə də düşünürük ki, üç ölkə birlikdə işləməyə davam etməlidir, əgər onların hamısı neytrallığı qorusa. Bu, mühümdür. Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”, - deyə dövlətimizin başçısı mövzu ilə bağlı sözünü davam etdirərək vurğulayıb.
“Onlar “Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz baxarıq”
Azərbaycan Prezidenti onu da bildirib ki, bu gün Ermənistan işğal olunmuş ərazilərimizdə Livandan olan erməniləri açıq şəkildə məskunlaşdırırmaqda məqsədləri onların bizə qarşı nifrətini nümayiş etdirməkdir: “Onlar işğal olunmuş ərazilərdə Livandan olan erməniləri açıq şəkildə məskunlaşdırır və bunu televiziyada nümayiş etdirirlər. Bu, Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır və burada məqsəd onların bizə qarşı nifrətini nümayiş etdirmək idi. Onun etdiyi hər şey danışıqlar prosesini məhv etmək məqsədini daşıyırdı. Lakin indi onlar danışıqların aparılması üçün yalvardıqda, Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan. Erməni xalqı, - mən bir neçə gün bundan əvvəl Ermənistan xalqına müraciət etdim, - buna görə onu məsuliyyətə cəlb etməlidir. Bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik. Buna görə Ermənistan bu təhrikedici bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar "Qarabağ Ermənistan deyil" kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz baxarı”.
Prezident İlham Əliyev, həmçinin onu da bildirib ki, Ermənistanda rasional insanlar bunu başa düşür: “Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüşünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq! Ona görə indiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir”.
Bəli, bu gün Ermənistanın məhv olması göz önündədir. Quldur, faşist xislətli Nikol Paşinyanın terrorçuluq siyasətinin aqibəti isə bundan da pis olacaq. Qoy bunu erməni xalqı nə qədər gec deyil anlasın.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB