Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Azərbaycan Ordusuna dəstək aksiyasına qoşulub. SİA-nın verdiyi məlumata görə, o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb.
Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB