Ermənistanın Baş naziri Nikol Paşinyan “canlı yayım”da olan Rusiya Prezidenti Vladimir Putinə israrla telefon zəngi edib. SİA xəbər verir ki, bunu Rusiyanın "Rossiya 1" telekanalı açıq şəkildə nümayiş etdirib.
Telekanalda canlı yayım zamanı Putinin kabinetində telefon zənginin necə səsləndiyi aydın eşidilir. Kadrlardan da görünür ki, Rusiya prezidenti gələn zənglərə əvvəlcə məhəl qoymur. Lakin, Paşinyanın israrla zəng etməyə davam etməsinə reaksiya verən Putin ona şok cavab verib.
“Mən indi məşğulam, zəng vuracam”, deyə Rusiya prezidenti Ermənistanın baş nazirini bir növ başından edib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB