Azərbaycan və Türkiyə vəkilləri Ermənistanın müharibə cinayətlərini birlikdə beynəlxalq ictimaiyyətə çatdıracaqlar

Türkiyə Vəkillər Kollegiyası ilə Azərbaycan Vəkillər Kollegiyası Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və təcavüzkar dövlətin son hərbi hücumları ilə bağlı ortaq açıqlama yayıblar. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, açıqlamada tərəflər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin bərpa olunmasının vacibliyi və bu məqsədlə Azərbaycan Silahlı Qüvvələrinin təcavüzkar tərəfin hücumlarının qarşısını almaq üçün həyata keçirdiyi əməliyyatları tam şəkildə dəstəklədiklərini ifadə edirlər. Açıqlamada bildirilir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin qərarı ilə beynəlxalq prinsiplərə zidd olaraq Azərbaycanın mülki əhalisi hərbi hədəfə alınıb. Vəkillərimiz dinc azərbaycanlı əhaliyə, yaşayıb evlərinə və mülki obyektlərə qarşı törədilən cinayətləri dünya birliyinə, eləcə də beynəlxalq hüquq ictimaiyyətinə çatdırmaq üçün birgə fəaliyyət göstərəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...