“Cənab President video formatda keçirilən iclasda ölkəmizin mövqeyini sərgilədi” ÖZƏL-ŞƏRH

Azərbaycan Qağlıq - Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün, Ermənistan isə sülh danışıqlarının çıxılmaz vəziyyətə, dalana dirənməsi və prosesin dayanması üçün əlindən gələn hər şeyi etdi. Bu andan etibarən dialoq yeni qaydalar əsasında qurulacaq. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycandakı Rus İcmasının sədr müavini, Qarabağın Azərbaycanlı İcmasının müşaviri, siyasi şərhçi Anastasiya Lavrina deyib.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan, Ermənistanın atəşkəsə əməl etməməsini, mövqelərimizin və dinc əhalinin yaşadığı obyektlərin vurulmasını, hərbiçilərimizin, mülki əhalimizin ölümü ilə nəticələnən təxribatlarını sakitcə müşahidə etmək niyətində deyil.

“Bundan başqa, Ermənistan açıq şəkildə işğal olunmuş Azərbaycan ərazilərinə Suriya, İraq və Livandan olan ermənilərin yerləşdirilməsi siyasətini həyata keçirir. Hətta bu siyasət təkcə işğal olunmuş Dağlıq-Qarabağ ərazisində həyata keçirilmir, həmçinin ona bitişik yeddi rayonda da bu siyasət aparılır. Lakin, Ermənistan bu yeddi rayonu təhlükəsizlik məqsədilə nəzarətdə saxladığını bildirir. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan münaqişənin həllinə nail olmağın əvəzinə, danışıqlar prosesini uzatmaq məqsədi güdür. Azərbaycan xalqı bununla heç bir vəchlə barışmayacaq və rəsmi İrəvanı başa düşdükləri dildə başa salmağa hər zaman hazırdır.

BMT Baş Assambleyasının 75-ci sessiyasında Birləşmiş Millətlər Təşkilatının 75 illiyinə həsr olunmuş yüksək səviyyəli toplantıda iştirak edən Cənab Prezident İlham Əliyev həm Azərbaycan Respublikasının prezidenti kimi, həm də Qoşulmama Hərəkatının sədri kimi çıxış etdi ki, bu da beynəlxalq ictimaiyyətin ona göstərdiyi etimad və etibarın təzahürüdür. BMT ümumilikdə Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması, koronavirus infeksiyasına qarşı mübarizədə gördüyü işləri, regiondakı sülhü dəstəkləməsi və beynəlxalq hüququn prinsiplərini əsas götürməsi mövqeyini dəstəkləyir. Unutmaq lazım deyil ki, Azərbaycanın BMT Baş Assambleyasının COVID-19 -la mübarizəyə həsr olunmuş, dövlət başçılarının iştirakı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü 130-dan çox dövlət dəstəklədi. Video formatda keçirilən iclasda, Azərbaycan Respublikasının Prezidenti Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı və digər məsələlərlə əlaqədar ölkəmizin qəti mövqeyini sərgilədi. Azərbaycan torpaqları erməni işğalçılarından azad olunmalıdır. Bu mövqe BMT Təhlükəsizlik Şurasının qətnamələrində də öz əksini tapıb, Ermənistanın baş - naziri isə məqsədyönlü şəkildə dünışıqların məzmununu və formatını dəyişməyə çalışır. Əlbəttə, beynəlxalq strukturlar, ATƏT-in Minsk Qrupu, dünya dövlətləri mövcud vəziyyətin təhlükəsini və Ermənistanın səhvi nətiqəsində başlaya biləcək irimiqyaslı münaqişənin qaçılmazlığını hiss edir. Onlar həm də başa düşürlər ki, sülh çağırışları artıq heç bir nəticə vermir. Ermənistan bütün beynəlxalq anlaşmaları inkar edir və danışıqlar prosesini məqsədyönlü şəkildə dayandırmağa çalışır. Əgər yaxın vaxtlarda rəsmi İrəvanın danışıqlar prosesinin bərpa olunması istiqamətində qəti addım və çağırışlarını eşitməsək və Ermənistanın hərbi-siyasi rəhbərliyinin mövqeyi dəyişməsə, Azərbaycan tam olaraq işğal olunmuş torpaqlarını hərbi yolla qaytarmaq hüququna malikdir”, deyə Anastasiya Lavrina bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə