Yunanıstanı "xərcləyənlər" Türkiyənin NATO ilə arasının dəyməsini istəyənlərdir - ŞƏRH

Yunanıstanı "xərcləyənlər" Türkiyənin NATO ilə arasının dəyməsini istəyənlərdir - ŞƏRH

"Ərdoğan barədə ABŞ-n nüfuzlu mətbu orqanlarında yayılan məqalələrdə onu I sultan Səlimlə müqayisə edirlər. Ərdoğan da özünün I Səlimə olan simpatiyasını gizlətmir. Nəzərə almaq lazımdır ki, Ərdoğanın hakimiyyəti dövründə Türkiyə qlobal gücə çevrildi. Regionda sülh və sabitliyin təminatına dair danışıqlarda mütləq Türkiyənin münasibətləri öyrənilir, sözü keçirilir. Aralıq dənizində Türkiyənin Liviya ilə əldə etdiyi razılıq, yunanlarda ciddi qıcıq yaratdı. Yunanıstanla Türkiyə arasında qarşıdurma tarixən var. XV əsrdə Osmanlının Bizansı məğlub etməsi ilə başlayıb bu gərgirnlik. Yunanıstan uzun müddət Türkiyənin müstəmləkəsində olub. XIX əsrin 20-ci illərində Rusiya və qərbin təzyiqi ilə Yunanıstan öz müstəqilliyini əldə edib. Bu mənada istisna etmirəm ki, Yunanıstanı bu təxribatlara itələyən tərəf Türkiyənin NATO ilə arasının dəyməsini istəyənlərdir". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Politoloqun sözlərinə görə, Türkiyənin İslam dünyasındakı nüfuzunun da artmasını istəmirlər: "Bu kontekstə Azərbaycanla Ermənista arasında müharibə başlayarsa Türkiyə və Rusiya əməkdaşlığı da göz önünə alınacaq. Azərbayacan rusiya ilə münasibətdə həmişə balanslı siyasət yürüdüb. Qərb və Rusiya arasında da balanslı siyasət yürüdüb, bitərəf mövqe sərgiləyib. Enerji layihələrində Azərbaycanın önəmli rolu, Ermənistanın daimi təxribatları, bu kontekstdə Rusiyanın münaqişənin həllində açar rolu oynaması Türkiyənin təbii ki, diqqətindədir və hadisələrin məcrasından çıxması Türkiyəni də pis vəziyyətə sala bilər. Hesab edirəm ki, Türkiyənin Yunanıstanla münasibətlərinin normallaşması üçün beynəlxaq təşkilatılar can atacaqlar".

E.Manafov vurğulayıb ki, Yunanıstanın Avropa Birliyindən asılı dövlətlərdəndir, öhdəlikləri var, Avropanın rəyini mütləq nəzərə alacaq: "Əminəm ki, Almaniya və hətta Fransa hadisələr pik həddə çatarsa, müharibənin qarısını almağa çalışacaqlar. 100 il öncə Osmanlı zərurət olmadan dünya müharibəsinə sürüklənib məğlub oldu. İndi eyni ssenarini təkrar etmək istəyirlər. Amma indiki Türkiyə qüdrətli bir dövlətdir, NATO-da ən güclü orduya məxsusdur, yalnız nüvə silahı yoxdur bu amil nəzərə alıacaq. NATO Türkiyə ilə arasındakı çatı böyüdərək onu Rusiyanın, İranın cəbhəsinə itələmək istəməz. Türkiyə baş verən təxribatları görməkdədir və ağıllı qərarlar qəbul edəcək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə