Tofiq Yaqublu kimlərin qarşısında sınıb? TƏRS BAXIŞ

O, həqiqətən də ədalət axtarışında olsaydı, məhkəmənin humanist qərarını alşıqşlayar, nadürüst olmadığını, “mərd” olduğunu bu etirafı ilə sübut edərdi

Beləliklə, ev dustaqlığı qərarı Tofiq Yaqublunu və ətrafını “qalib” kimi hiss etdirib. Halbuki, bu adam hələ də anlamır ki, qızı və yeznəsi də daxil olmaqla başda Əli Kərimli və başqaları onun ölümünə belə razıdırlar. Razıdırlar ki, onun üzərindən həm siyasi, həm də maddi divident əldə etsinlər. Sonra da yaddan çıxsın, bununla yaddan çıxarılıb-unudulsun...

Ancaq həqiqətən də onun sağlamlığı barədə düşünənlər AXCP sədri Əli Kərimlidən, “Milli Şura”nın sədri Cəmil Həsənlidən, koordinasiya mərkəzinin funksioneri Gültəkin Hacıbəylidən, eləcə də digərlərindən fərqli olaraq onun ev dustaqlığına çıxmasında fəaliyyət göstərdilər. Xatırlatmaq yerinə düşərdi ki, T.Yaqublu haqqında humanist qərarın qəbulu üçün Prezident İlham Əliyevə ünvanlanan müraciətə imza atanlar – Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Demokratiya və Rifah Hərəkatının funksioneri Ellada Məmmədli, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Milliyyətçi Demokratlar Partiyasının sədri İlyas Abdullayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, politoloqlar Hikmət Hacızadə və Ərəstun Oruclu olublar.

Hətta onun ölməyə həvəsləndirən qızı və yeznəsi – Həzilər ailəsinin də adları siyahıda yoxdur

Yəqin ki, T.Yaqublunun bu siyahıdan xəbəri var və gözlərini açıb-yaxşı görür ki, həmin siyahıda nə AXCP-“Milli Şura” rəhbərliyinin, nə də təmsil olunduğu digər partiya rəhbərliyinin – Müsavatın imzası var. O cümlədən, onun ölməyə həvəsləndirən qızı və yeznəsi – Həzilər ailəsinin də adları siyahıda yoxdur. Niyə əcəba? Bu sualın da cavabı bəsitdir – deyəsən, elə həqiqətən də onlar bu adamın ölməyini arzu edirmişlər!

İndi elə T.Yaqublu hələd ə özünü siyasi korluğa vuraraq hakimiyyəti “qorxaqlıqda” ittiham edir, halbuki onun özü bu addımı atmaqla öz qorxaqlığını ortaya qoyur, qorxaqlığını və nadürüstlüyünü. Və əgər o həqiqətən də ədalət axtarışında olsaydı, məhkəmənin humanist qərarını alşıqşlayar,nadürsüt olmadığını, “mərd” olduğunu bu etirafı ilə sübut edərdi. Ancaq ona bunun iradəsi, ötkəmliyi yetmədi. Çünki başqalarının qarşısında günahkar boynuna götürdüyü öhdəlik missiyası var. Bax, T.Yaqublu bundan qorxur, hətta elə qorxur ki, deyiləcək qədər də deyil...

Fəqət fakt budur ki, T.Yaqublu bir reallığı da unudub. O unudub ki, indi də belə davranışlar onun birmənalı olaraq ziyanına, zərərinə işləyir. Özünü təmsil olunduğu cameədə “sınmayan adam” kimi göstərməyə cəhd göstərən bu ünsür əslində başqalarının qarşısında bir neçə dəfə sınıb, əyilib və qəddini ikiqat edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə