Yaxud Əli Kərimli tülkü cildində
Bu məqamda politoloq, əməkdar jurnalist Eynulla Fətullayevin AXCP sədri Əli Kərimli ilə bağlı yazdığı bir məqalə yadıma düşdü: “Gəlin Makiavellinin bir ifadəsini təkrar edib bu sualı verək: şirlə tülkünü eyni arabaya qoşmaq olarmı? Florensiya Respublikasının ikinci dəftərxanasının birinci katibi insanların siyasi xarakteri barədə düşünərkən siyasətçiləri şirlərə və tülkülərə bənzədirdi. Şirlər tələdən, tülkülər isə canavardan qorxurlar! Nikkolo belə düşünürdü. Amma şirlə tülkünü eyni qoşquda təsəvvür etmək mümkün deyil. Ən azı ona görə ki, Azərbaycan siyasətinin tülküsü Əli Kərimli ancaq elə tülkü olaraq qalır. Və meydanlarda da elə ulaya-ulaya qalır".
Bəli bu gün “5-ci kolon”un quldur və satqın dəstəsinin arzuları ürəyində qaldı. Tofiq Yaqublu faktorundan istifadə etməyə, bundan dividentlər qazanmağa çalışan qüvvələr - tülkü cildinə girən Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Leyla və Arif Yunuslar, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Arif Məmmədov və bu kimi fərdlər sosial şəbəkələrdən dövlətin atdığı bu humanist addımı qiymətləndirmək düşüncəsinə malik deyillər. Bunlar həmin şəxslərdilər ki, Tofiq Yaqublunun taleyi üzərindən qurulan xüsusi bir oyunun iştirakçıları olduqlarını aşkar şəkildə göstərdilər. Təbii ki, bu işdə xaricdə oturan şəxslərin planları məhv oldu, əllərində saxlamaq istədikləri böyük imkanlar heçə endi. Və bu gün həmin adamlar yenə də öz artistliklərini davam etdirərək, tülkü cildində nəyin bahasına olursa-olsun istəklərini həyata keçirməkdir.
Dövlətin humanist addımı, müxalifətin absurd kampaniyası...
T.Yaqublunun evə buraxılmasından ən çox alışıb-yanan Azərbaycan əleyhdarları olan xarici dairələrin maliyyəsi və sifarişləri ilə fəaliyyət göstərən, hakimiyyət uğrunda mübarizədə ən iyrənc, normal siyasətçiyə yaraşmayan, qəbuledilməz vasitələrdən istifadə edən AXCP sədri Əli Kərimli, onun marionetkası olan “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, bu qurumun Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli, ingilis ruporu, mənəviyyatsız Sevinc Osmanqızı, gecəli-gündüzlü dəmli halda sosial şəbəkədə "yurd" salan Vidadi İskəndərli və bu kimi vücudları belə erməniləşən, ermənidən betərlər antiazərbaycan dairələrin əlində alətə çevrilən və millətimizin adına ləkə olan bu satqınlar Azərbaycana qarşı çirkin təbliğat aparmaqdan yorulmurlar. Onlar Avropada erməni fondlarının maliyyəsi hesabına sosial medianın imkanlarından yararlanıb ölkəmizin mövcud reallıqlarını unudaraq, yalan, böhtan yolu ilə Azərbaycanda siyasi proseslərə müdaxilə edirlər. Onları narahat edən Azərbaycanın dövlətçiliyin möhkəmləndirilməsi yolu ilə inamla irəliləməsi, sosial-iqtisadi sahələrdə dinamik inkişafın təmin edilməsi, xalqın mənafeyinin ciddi şəkildə qorunması, xalq-iqtidar birliyinin dönməz xarakter alması, beynəlxalq aləmə inteqrasiya güclənməsi, qlobal layihələrin uğurla gerçəkləşdirilməsidir. Bu gün Tofiq Yaqublu faktoru da göydəndüşmə idi. Ancaq Tofiq Yaqublunun məsələsi digər məsələlər kimi dövlətimiz tərəfindən həssaslıqla qarşılandı. Bir daha qeyd edirəm ki, onun özəl klinikaya köçürülməsi, sağlamlığı naminə zəruri tədbirlər görülməsi üçün bütün addımlar atıldı və sentyabrın 18-də keçirilən apelyasiya məhkəməsinin qərarına əsasən Tofiq Yaqublu ev dustaqlığına buraxıldı. Ancaq…
Dövlətin humanist addımı, radikalların qanmazlığını bir daha göstərdi. Çünki radikal müxalifət və “5-ci kolon” Yaqublunun aclıq aksiyasını kampaniyaya çevirərək, siyasi maraqlarını onun üzərindən təmin etməyə, bu bu prosesin uzanmasına, Tofiq Yaqublu aclığı davam etdirməsinə, komaya düşməsinə və bundan istifadə emək idi. Yenə də radikalların “arzusu” daşa dəydi. Məhkəmə məhz Tofiq Yaqublunun sağlıq durumunda ciddi problem yaranmasına yol verməmək üçün onun barəsində çıxarılmış qərarı dəyişdirdi. Bu, Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin ən bariz nümunələrindən biri olmaqla sübut etdi ki, Tofiq Yaqublunun qızı Nigar Həzi, AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər ancaq öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırdırlar.
Lakin təcrübə də göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməyə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur. Və Avropada olan bəzi anti-Azərbaycan qüvvələrin əlinə artıq heç bir əsas vermir ki, dövlətimizin ictimai-siyasi imicinə zərər vursunlar. Cənab Prezident və Azərbaycan dövləti humanizm prinsiplərindən çıxış edərək, ziyalıların müraciətlərini və ailə üzvünün istəyini nəzərə alaraq bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoydu. Onların bu niyyəti də gözündə qaldı.
Beləliklə də, radikal müxalifətin və "5-ci kolon"un fürsətçil, cılız siması bir daha aydın və ifşa oldu.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB