Azərbaycanlı alimlərin "Azərbaycan Misir dostluq əlaqələri" adlı məqaləsi - Misir KİV-lərində

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşları - aparıcı elmi işçi, t.ü.f.d.,dos. Sübhan Talıblı və elmi işçi, şərqşünas Elnur Mustafayevlə birgə hazırladıqları "Azərbaycan Misir dostluq əlaqələri" adlı məqalə Misir Ərəb Respublikasının geniş oxucu kütləsinə malik "əl-Diplomasi" informasiya portalında nəşr edilib.

SİA-nın məlumatına görə, məqalədə azərbaycanlı alimlər Azərbaycan Misir əlaqələrinin tarixi ənənələrindən, həmçinin müstəqillikdən sonra bərpa edilmiş diplomatik münasibətlərdən bəhs edib. Bununla yanaşı AMEA - Şərqşünaslıq İnstitutunun əməkdaşları Misirin Qarabağ münaşiqəsi ilə bağlı münasibəti, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi ilə bağlı məsələləri qeyd edib. Məqalədə Misir Azərbaycan arasında mədəni, elmi, təhsil sahəsində əməkdaşlıqlar haqqında geniş məlumatlar verilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə