Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində 295 nəfər artıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, son gündə yoluxanlar arasında 2 nəfər də ölüb.
Məlumatda qeyd olunur ki, Ermənistanda 17 sentyabr tarixinə koronavirus virusuna yoluxanların sayı artıq 46 671 nəfərə çatıb.
Bildirilir ki, ümumi ölüm hallarının sayı 1208 nəfərə çatıb.
Hal-hazırda 3232 nəfər sözügedən xəstəlik diaqnozu ilə xəstəxanalarda yerləşdirilib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB