Qarabağın azad olunmasında beynəlxalq güclərin rolu nədən ibarət ola bilər? KİVDF
Azərbaycanın həm siyasi, həm iqtisadi, həm hərbi konteksdə üstünlüyü ələ alması ermənipəsərt dairələrin ciddi narahatlığına səbəb olub
Qarabağ münaqişəsi ətrafında durğunluq dövrü başa çatıb. Proses aktiv fazaya keçməkdədir. Tovuzda baş verən erməni təxribatına ordumuzun layiqli cavab verərək düşməni ağır vəziyyətə salmasından sonra ermənilərin beynəlxalq havadarları həyəcana gəldilər. ABŞ, Avropa və Rusiyadakı bəzi ermənipərəst dairələr ciddi təşviş keçirdilər. Çünki artıq Azərbaycanın səbri qalmadığını əyani surətdə gördülər.
Amerikanın münaqişədə maraqları və mövqeyi
Rusiya ətrafında qarışıqlıq və qarşıdurma yaratmaq, həmçinin Ermənistanı Rusiyanın təsirindən tam qoparmaq, əlbəttə, ABŞ-ın da maraqlarına uyğundur. Belə ki, Vaşinqtonda yaxşı bilirdilər ki, Ermənistan hakimiyyəti hər nə qədər Amerikaya bağlı olsa da, Rusiyadan da müəyyən asılılıqları var. Eləcə də Rusiyanın Ermənistandan asılılığı var. Çünki Rusiyanın NATO-ya qarşı cənubdan yeganə müdafiə bazası Ermənistan ərazisində yerləşir.
Buna görə də, Ağ Evdə bilirdilər ki, ermənilərin Azərbaycana hücum təşkil etməsi- özü də Qarabağda yox, 2 ölkə sərhəddində- Ermənistanın Rusiyadan tam qopmasına gətirib çıxara bilər. Belə ki, Ermənistan iddia edəcək ki, Azərbaycan ona hücum edir və kömək üçün KTMT-yə müraciət edəcək, KTMT isə əvvəllər də bəyan etdiyi kimi, bu məsələyə qarışmayacaq (çünki prezidentimizin dediyi kimi Ermənistan xaric bu təşkilatdakı bütün üzvlər bizim dostumuzdur), o cümlədən Rusiya da Azərbaycanın rəsmi tanıdığı ərazilərində anti-terror əmiyyatı aparmasına qarışmayacaq- bu halda Amerika agenti Paşinyan xalqa müraciət edəcək ki, bəs Rusiya və KTMT bizə kömək etmədi, gəlin onun bazasını çıxaraq, Amerika ilə müttəfiq olaq.
Beləliklə, Amerika Rusiyanın cənub-qərb istiqamətində əsas müdafiə sistemindən və NATO-ya qarşı bazasından məhrum etmək istəyir. Moskvada bütün bunları yaxşı başa düşürlər və ona görə də Ermənistanın çağırışına cavab verilmədi, KTMT-nin iclası təşkil edilmədi. Moskvadan Bakıya döyüşlərin dayandırılması ilə bağlı heç bir tələb və ya xahiş edilmədi. Baxnmayaraq ki, Qərb dairələrindən döyüşlərin dayandırılması tələb edildi.
Lakin Azərbaycan hakimiyyətinin son 25 ildə yeritdiyi xarici siyasətin nəticələri özünü göstərməyə başlamışdı. Belə ki, artıq həm Amerika, həm Rusiya, həm də Avropada münaqişəyə baxış dəyişib və beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini də nəzərə alırlar. Üstəlik, bütün böyük dövlətlərlə ikitərəfli münasibətlərimiz yüzksək səviyyəyə çatıb və onlar bir növ bizim tərəfdaşımıza çevriliblər.
Rusiya və digər region ölkələri münaqişəyə necə yanaşır?
Ermənistanı tam ələ keçirməklə Amerika onun ərazisindən həm də öz düşmənləri olan Türkiyə və İran ərazisinə birbaşa çıxış əldə etməyə cəhd edir. Bunu başa düən Rusiya da Ermənistan kimi starteji coğrafi mövqeyə malik Ermənistanı 4 ölkəyə çıxışı olan plasdarm kimi nəzərdən keçirir və onu xüsusən də NATO-ya qarşı cənub müdafiə istehkamı olaraq görür.
Buna baxmayaraq, Moskvada başa düşürlər ki, Azərbaycan Rusiyanın fövqəldövlət maraqlarının qorunmasında Ermənistanın sıfır səviyyəsində olan rolunun əvəzində daha geniş imkanlara malikdir. Həm iqtisadi, həm coğrafi, həm siyasi cəhətdən Azərbaycan Rusiyaya Ermənistandan daha sərfəli müttəfiq ola bilər.
Əlbəttə, bu məsələləri Tehran, Tbilisi və Ankarada da yaxşı başa düşürlər. Biz qonşu dövlətlərə qarşı belə oyunlarda iştirak etməyəcəyimizi ən yüsək səviyyədə bəyan etmişik və bunu əyani surətdə göstərmişik. Ona görə də, İranla münasibətlərimiz də yüksək səviyyədədir. Tehran dəfələrlə Qarabağı Azərbaycan əraizisi, müsəlmanların tarixi torpağı kimi qəbul etdiyini rəsmi bəyan edib və bu problemin həllində rəsmi Bakının mövqeyini dəstəkləyir.
Gürcüstanın da iqtisadi cəhətdən bizdən asılı olduğunu nəzərə alsaq, kritik situasiyada Tbilisinin seçim qarşısında qalarsa tam bizim tərəfimizi tutacağına şübhə yoxdur.
Türkiyə ilə dost və müttəfiq ölkə olduğumuzu geniş şərh etməyə düşünürük ki ehtiyac yoxdur. Sonuncu qarşıdurmada Ankaranın qəti və tələbkar mövqeyi Ermənistana daha bir beynəlxalq təzyiq mərkəzi rolunu oynadı. Birgə hərbi təlimlərdə İrəvana lazımi mesajlar verildi.
Beləliklə, aydın olur ki, Ermənistan nəinki regonda, eləcə də dünyada təklənib və onun ətrafında həlqə getdikcə daralır.v Ona görə də, müxtəlif təxribatlar törətməklə xristian dünyasnın diqqətini çəkməyə çalışır və belə təəssürat yaratmağa çalışır ki, guya Azərbaycan üçün məqsəd Qarabağı azad etmək deyil, Ermənistanı işğal etmək, erməniləri qırmaqdır. Qarabağdan uzaqda- 2 ölkə sərhədində - Tovuz istiqamətində törədilən təxribatın əsas məqədi də bu idi.
Regionda siyasi güc balansı və nüfuz dairəsi
Ermənistan rəhbəri Paşinyanın Amerika agenti olması və onu hakimiyyətə Amerikanın dövlət çevrilişi təşkil edərək gətirməsi hamıya məlumdur. O da hakimiyyət başına gələn kimi bütün dövlət orqanlarında rusiyayönümlü nazirləri, məmurları çıxarıb yerinə amerikanpərəstləri qoydu və beləliklə, bəzi sahələrdə Rusiyadan asılılıqları qalsa da, Ermənistan faktiki olaraq Amerika müstəmləkələrindən birinə çevrildi.
Bundan qabaq isə Amerika Gürcüstanda hakimiyyət dəyişikliyi edərək onu Rusiyanın təsirindən çıxararaq öz müttəfiqinə çevirmişdi.
Bunun əvəzində Rusiya da Amerikanın bir müttəfiqini- Türkiyəni onun təsirindən çıxmasına yardım etdi və özü ilə müttəfiqə çevirdi. İranla Rusiyanın da müttəfiqliyi aydın məsələdir.
Beləliklə, regionda 2 dövlət (Gürcüstan və Ermənistan) Amerika, 2 dövlət (İran və Türkiyə) isə Rusiya yönümlüdür. Müstəqil qalan və bu balansı ciddi şəkildə dəyişə biləcək yeganə dövlət Azərbaycandır. Azərbaycan bu faktdan istifadə edərək 2 fövqəldövlət arasında elə balanslı siyasət aparır ki, bunun
nəticələri bizə zərəli olmasın, əksinə fayda versin və son nəticədə onların da neytrallaşması ilə Qarabağı geri ala bilək.
Bizim həddən artıq strateji, iqtisadi və ticari qovşaq mövqeyimiz hər 2 fövqəldövlətin marağındadır. Regionda Azərbaycan kimi müttəfiqi olsa, onun əli güclənir. Azərbaycan Rusiya və İran arasında birbaşa keçid üçün yeganə ölkədir. Üstəlik, Azərbaycan bütün 5 region dövləti ilə birbaşa sərhəddi olan yeganə ölkədir. Yaxın Şərqə və Rusiyaya birbaşa qapıdır.
İqtisadi məsələlərdə də biz Ermənistandan dəfələrlə üstün mövqedəyik. Bu regiondakı bütün beynəlxaql və regional əhəmiyyətli nəqliyyat və enerji layihələri Azərbaycandan keçir. Bunlar ciddi faktorlardır- bunu qlobal siyasi mərkəzlərdə yaxşı anlayırlar.
Qarabağın azad edilməsində əlimizdəki kartlar
Etiraf etməliyik ki, indiki beynəlxalq konyukturda və faktik situasiyada Qarabağın fövqəldövlətlərin marağı təmin olunmadan geri qaytarılması çətindir. Ya ikisinin də ya da heç olmasa birinin maraqları təmin olunduğu halda buna ümid etmək olar.
Bizim əlimizdə güclü bir kart var- biz şərt qoya bilərik ki, kim Qarabağın qaytarılmasında kömək eləsə onunla həm siyasi, həm iqtisadi cəhətdən daha yaxın müttəfiq olacağıq. Amerika razı olsa Amerikaya, Rusiya razı olsa Rusiyaya bir hərbi baza üçün yer verməklə belə Qarabağı almaq olarsa, buna gedilməlidir.
Rusiyanın Ermənistandakı NATO-ya qarşı bazasına görə Yerevandan müəyyən asılılığı var, biz o bazaya yer versək, vəziyyət tamam dəyişər. İşğal olunmuş torpaqlarımızın qaytarılmasına Rusiya kömək etsə, Avrasiya İqtisadi İttifaqına və KTMT-yə də daxil olmaq olar.
Amerika da İranın və Rusiyanın arasında hərbi bazaya və müttəfiq ölkəyə malik olmağı çox arzu edərdi. Hətta Azərbaycanı NATO-da və özünün hegemonluq etdiyi bəzi beynəlxalq təşkilatlarda görməsini daha çox istərdi. Rusiya ətrafında öz müttəfiqlərini yaratmaq Amerikanın ən böyük arzusudur. Buna nail olmaq istəyirsə, ABŞ Qarabağın qaytarılmasında bizə kömək etməlidir.
Bununla yanaşı, biz 3-cü və 4-cü fövqəldövlətlər olan Çinlə və Hindistanla çox yaxın münasibətlər və daha güclü əməkdaşlıq qurmalıyıq. Yaxın müddətdə dünyada əsas söz sahiblərinin bu ölkələr olacağını dünyanın ən nüfuzlu mütəxəssisləri etiraf edirlər.
Dövlət rəhbərlərimiz əlbəttə bunları bilir və bütün imkanlardan istifadə edir. Ona görə də neçə vaxtdır səbrlə iş aparır və uyğun vaxtı gözləyir. Mənə elə gəlir ki artıq bu vaxt gəlib çatmışdır. Yaxın vaxtda bu problemin həllində əhəmiyyətli dəyişiklik olacağına ümid edirik.
Elçin Bayramlı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB