Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Brüsseldə də geniş qeyd edilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Brüsseldə də geniş qeyd edilib
Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və NATO yanında nümayəndəliyi tərəfindən Brüsseldə ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar klassik musiqi gecəsi təşkil edilib. SİA AzərTac saytına istinadən xəbər verir ki, Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov ulu öndər Heydər Əliyevin həyatı, keçdiyi siyasi yol, Azərbaycan xalqı qarşısında unudulmaz xidmətləri barədə ətraflı məlumat verib. Bu il həm də Azərbaycan Respublikasının yaranmasının 20-ci ildönümünün geniş qeyd olunacağını deyən diplomat dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində mühüm rolu haqqında danışıb, onun uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Qonaqlar skripkaçı, Avropa Mədəniyyət Parlamentinin üzvü Səbinə Rakçeyevanın və avstraliyalı pianoçu Fred Zangın ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini dinləyiblər. Tədbirdə Belçika ictimaiyyətinin nümayəndələri, deputatlar, xarici ölkələrin səfirləri, Azərbaycan və türk icmalarının təmsilçiləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə