Səfirimiz Qoyas Katolik Universitetində mühazirə oxuyub

Səfirimiz Qoyas Katolik Universitetində mühazirə oxuyub

Azərbaycan Respublikasının Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Qoyas ştatına səfəri çərçivəsində Qoyas Katolik Universitetində Beynəlxalq Əlaqələr fakültəsinin müəllim və tələbə heyətinə Azərbaycan və onun regionda roluna dair mühazirə oxuyub. SİA xəbər verir ki, mühazirədə, ölkəmizin keçdiyi uğurlu yol, ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi- xüsusilə də cəbhə xəttində iyul hadisələri zamanı ermənilər tərəfindən törədilən təxribatlar, mövcud Azərbaycan-Braziliya münasibətləri haqqında ətraflı məlumatlar mühazirədə iştirak edən 100-dən artıq iştirakçının diqqətinə çatdırılıb.

İki saat davam edən tədbir zamanı, həmçinin maraq doğuran çoxsaylı suallar cavablandırılıb. Tədbirin sonunda iştirakçılara təbliğat materialları ilə yanaşı sertifikatlar təqdim olunub.

Bu tədbir Qoyas Katolik Universiteti ilə oktyabr və noyabr aylarında nəzərdə tutulan mülahizələr silsiləsinin ilk hissəsi olub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə