ABŞ Konqressinin dörd nümayəndəsinin, işğal olunmuş ərazilərimizdə yaradılmış, heç bir dövlət və heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma qurumun qondarma prezidenti Araik Arutunyana ünvanladığı təbrik məktubu düşüncəsiz erməni cəmiyyətini biz az çaşdırıb. Qondarma qurum yaratdıqları, qondarma prezident seçdikləri keçirdikləri kimi, bir növ qondarma, mənasız, əsassız sevinc hissi keçridiklərinin də deyəsən fərqində olmayan səfehlər az deyil bu erməni cəmiyyətində. Çünki, yalançı, qondarma qurum və əldəqayırma prezident seçkisi nağılına inanan axmaqlar bu dəfə ABŞ parlamentinin Nümayəndələr Palatasının dörd üzvünün, özü də Palatanın erməni məsələləri üzrə qrupunun üzvlərinin əldəqayırma, qondarma prezidentə ünvünladığı təbrik məktubunu ABŞ parlamentinin, ən azından, sözügedən Palatanın mövqeyi olduğuna inanırlar, yaxud inanmağa çalışırlar.
Konqresmenlərin, bütün dünya dövlətlərinin, eləcə də ABŞ-ın özünün də Azərbaycanın ərazisi kimi tanıdığı bölgədə formalaşdırılmış separatçı rejimə, terrorçu quruluşa açıq-aşkar dəstək verməklə, qəbul olunmuş beynəlxalq hüquq normalarını tapdaladıqları, bu normaları tanımadıqları, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü tanımış beynəlxalq qurumların, dövlətlərin rəyinə hörmətsizlik etdikləri başqa bir müzakirə mövzusudur. Amma hazırki müzakirə mövzusu, bütün dünya ictimaiyyətini də maraqlandıran, bu qondarma rejimi və qondarma prezidenti dəstək məsələsinin kökündə nələrin dayanmasıdır. Təbii ki, erməni səfehlərindən və məsələnin mahiyyətini, kökünü bilməyən, bilmək istəməyən, özünü axmaqlığa vuran ermənilərdən başqa hər kəsə bəllidir ki, bu, Amerikadakı erməni icmasının seçkilərdə dəstəyi müqabilində, yəni dillemma qarşısında erməni sifarişinin təzahürüdür. Xüsusilə, məktubu imzalayan Frenk Pallone, Qus Bilirakis, Ceki Speiyer və Adam Şifin əvvəllər də erməni icmasının təşəbbüslərində fəallıqla iştirak etdikləri təsdiq edir ki, onlar ermənipərəslərdir, erməni dəstəyi naminə riyakarlıq edirlər və son məktibları da bu riyakarlığın növbəti, bariz nümunəsidir. Qondarma erməni soyqırımının Amerika parlementi tərəfindən tanınması layihəsini də fəal dəstəkləyən bu şəxslər, bu dəfə də sadəcə, siyasi avantüraya əl atırlar. Amerikadakı erməni icmasının seçkilərdə dəstəyini qazanmaq məqsədi ilə siyasi sifariş yerinə yetirən dörd üzvün erməni cəmiyyətinin könlünü almaq, erməni cəmiyyətində simpatiya naminə bu addımı atdıqları gün kimi aydındır. Elə buna görə də, bu təbrik məktubunu, yaxud oradakı ifadələri heç də Amerikanın xarici siyasət prioriteti hesab etmək nə inandırıcıdır, nə də əsaslı. Məhz bu baxımdan məktubun ABŞ deyil, sadəcə, həmin o dörd nəfərin maraqlarına xidmət etdiyi göz qbağındadır. Yəni, əslində bunu bir çox erməni də yaxşı bilir. Sadəcə, erməni xislətindəki xəstə təxəyyül, utopiyaya meyillilik o qədər artıb, dünyanı çaşdırmaq, aldatmaq arzusu o qədər böyüyüb ki, deyəsən həqiqəti, reallığı nəinki etiraf etmək, heç görmək belə istəmirlər. Amma bu o demək deyil ki, başqaları da bunu görmür və onlar kimi aldanırlar. Xeyr.
Digər bir məqam isə, məktubda qeyd olunanların bir birinə zidd olmasıdır ki, bu özü də məktubun qeyri-səmimiliyini, reallığı əks etdirmədiyini isbatlayır. Beləki, məktubun birinci hissəsində qondarma “respublika”nın müstəqilliyi təbrikinin fonunda ermənilərin uydurduğu bu qondarma “respublika”nın statusunun müəyyənləşdirilməsi üçün danışıqlarda iştirakının vacibliyi vurğulanırsa, deməli bu işğalçı tərəf özü özünü faş edir. Məktubun məntiqsizliyini, bunun siyasi avantüra olduğunu anlamaq üçün təkcə bu fakt yetərlidir. Yəni, bu quruluşun statusu müəyyən edilməyib ifadəsinin ardınca, elə eyni məktubdaca statusu müəyyən olunmamış, tanınmayan, yəni mövcud olmayan bir quruluşu “respublika” adlandırmaq ziddiyətdən başqa bir şey deyil və erməni mahiyyətini də, elə məktubun özünün mahiyyətini, daha dəqiq desək, mahiyyətsizliyini ortaya qoyur.
Başqa bir məqam isə Vaşinqtonun regiondakı siyasi mövqeyilə bağlı yanlış rəyin formalaşdırılmasıdır. Belə yanlış rəylər də heç şübhəsiz ki, münaqişənin həllinə və regionda sülhün əldə olunmasına məneə kimi dəyərləndirilməlidir və elə də dəyərləndirilir. Çünki, Ermənistanın siyasi rəhbərliyinin bu sifarişli məktubunun arxasında daxili ictimai rəyi tənzimləmə, Amerikanın onları dəstəkləməsi kimi aldadıcı bir fənd dayanır və yanlışlıq yaratmaq cəhdləri də heç gözdən yayınan deyil.
Göndərilən məktubda utanmadan, qondarma respublikada qanunun aliliyi, demokratik dəyərlərin qorunması, hətta bazar iqtisadiyyatından bəhs edilməsi isə əslində erməni həyasızlığının maksimum həddidir. Baxmayaraq ki, məktubu ABŞ Konqressinin dörd nümayəndəsi imzalayıb və göndərib, nəzərə almaq lazımdır ki, sifarişçi Ermənistan, erməni cəmiyyətidir və bu baxımdan məktubdan bundan artığını gözləmək olmazdı, elə bu absurd çıxış da gözlənilən idi. Beləki, indi nəinki işğalçı ermənilər, bütövlükdə Ermənistan tərəfindən qarət edilən, nəzarət edilən Dağlıq Qarabağda, elə Ermənistanın özündə belə qanunun aliliyi qorunmur, tapdalanır. Uzun zamandır ki, işğalçı ölkənin mətbuat səhifələrində saysız-hesabsız siyasi qurumların, ayrı-ayrı politoloqların bu ölkədə qanunsuzluqlardan, repressiyalardan, məhkəmələrin belə, konstitusiyanın belə bir nəfərin maraqlarına xidmət etməsindən bəhs edən rəylərinə rast gəlinir. Özü də mütəmadi olaraq. Belə olan halda, Ermənistanın hələlik nəzarətində olan qondarma respublikada bunun mövcudluğundan danışmaq nə qədər inandırıcı görünə bilər axı? Yaxud məktubda, həmin o qondarma respublikada bazar iqtisadiyyatı ifadəsi bir tərəfə, ümumiyyətlə iqtisadiyyat sözünün yazılması belə absurddur. Çünki, əvvəla, himayəsini öz üzərinə götürən Ermənistanın özünün iqtisadiyyatı yoxdur, nəinki bazar iqtisadiyyatı ola və belə olan halda, qondarma respublika haqqında bunu heç söyləmək olmaz. Digər tərəfdən isə, axı işğal altında saxladıqları torpaqlarımızda bu erməni simasızlarının narkotik vasitələr istehsalı, eləcə də tranziti ilə məşğul olduqları indi heç kimə sirr deyil axı. Bu əraziləri indi də Livan ermənilərinin gətirilməsi ilə terror ocağına çevirmək niyyətləri də konqresmenlər üçün guya aydın deyil? Onlar bilmirlərmi ki, bu məktubla narkotik istehsalına, dövriyyəsinə, terrorçuluğun yayılmasına rəvac verirlər? Bu ermənipərəst konqresmenlər hər məqamı hamıdan da yaxşı bilirlər. Sadəcə, məktub ünvünlayan konqresmenlər qeyd olunduğu kimi, öz seçki kampaniyaları üçün, erməni icmasının səsinin qazanmaq üçün erməni cəmiyyətinin qoltuğuna qarpız verən, gözünə kül üfürənlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB