“Paşinyan Ermənistan prezidentinin daha bir səlahiyyətini qəsb etdi” “Hraparak”

“Paşinyan Ermənistan prezidentinin daha bir səlahiyyətini qəsb etdi” “Hraparak”

Nikol Paşinyan prezident Armen Sarkisyanın onsuz da məhdud səlahiyyətlərindən birini də qəsb edib. SİA bunu Ermənistana məxsus “Hraparak” qəzetinə istinadən xəbər verir.

Qəzet yazır ki, cümə günü Paşinyan Sardarapatda Ermənistanın Tavuş bölgəsindəki döyüş iştirakçılarına yüksək dövlət mükafatları - "Ermənistanın Milli Qəhrəmanı" adını, "Döyüş Xaçı" medallarını təqdim edib. Diqqətə çatdıraq ki, Ermənistan Konstitusiyasının 136-cı maddəsinə görə, "Respublika Prezidenti qanunla müəyyən edilmiş hallarda və qaydada, Ermənistan Respublikasının orden və medalları ilə təltif edir, fəxri adlar verir."
Nəşr qeyd edir ki, Ermənistan prezidenti məzuniyyətdədir və qanunla onun məzuniyyətdə olduğu dövrdə təltif məsələləri baş nazir deyil, Milli Məclis sədrinin səlahiyyətində olur.

“Armen Sarkisyan 27 avqustdan məzuniyyətdədir və tədbir ertəsi gün təşkil olundu ki, mükafatlandırmaq və təltif prezidentə yox, baş nazirə həvalə edilsin. Bununla yanaşı, "analoq tətbiqetmə"də, Ermənistan prezidenti səlahiyyətlərini həyata keçirmirsə, Konstitusiyaya əsasən bunlar Baş nazirə deyil, Milli Məclis sədrinə həvalə edilir. Yəni, Ermənistan prezidenti ilə yanaşı, parlament sədrinin səlahiyyətləri də Paşinyan tərəfindən qəsb edilib”, deyə qəzet yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə