Dünyada "Əl-Qaidə" lideri Üsamə bin Ladenin öldürülməsi ilə bağlı etiraz aksiyaları davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ötən gün bununla bağlı Misirdə də analoji aksiya keçirilib.
Paytaxt Qahirədəki Nur məscidində cümə namazına toplaşanlar Üsamə bin Laden üçün qiyabi cənazə namazı qılıblar. Namazdan sonra Amerika səfirliyinin qarşısına kimi yürüş ediblər. ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilib. Aksiya iştirakçıları Bin Ladenin öldürülmə tərzinin çox iyrənc olduğunu deyərək ABŞ-ın günahsız insanları öldürməyə davam etdiyini bildiriblər.
Türkiyənin İstanbul şəhərində də cümə namazından sonra "Əl-Qaidə" liderinin öldürülməsinə etiraz edilib. Qiyabi cənazə namazı qılındıqdan sonra bir qrup nümayişçi bir araya gələrək, ABŞ və İsrailə qarşı şüarlar səsləndiriblər. ABŞ və İsrailin bayraqları da yandırılıb. Aksiya iştirakçıları "Terrorçu ABŞ-dır, Üsamə isə mübarizdir" kimi şüarların yazıldığı plakatlar qaldıraraq, silahsız Bin Ladenin öldürülməsini sərt şəkildə pisləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB