Bütün günahkarlar artıq cəzalarını çəkəcəklər". Bu sözləri Avropa İttifaqının baş katibi Pan Gi Mun açıqlaması zamanı deyib. SİA-nın məlumatına görə, Bolqarıstanda rəsmi səfərdə olan baş katib, paytaxt Sofiyada təşkil edilən beynəlxalq konfransda iştirak edib.
Şimal Afrika, Orta şərq və ərəb ölkələrindəki son inkişafları qiymətləndirən Pan Gi Mun bildirib ki, insan haqqları Aİ-nin gündəmindəki ən önəmli məsələlərdən biridir: "İnsanlığa zidd olan cinayətlərlə bağlı Birləşmiş Millətlərin tərəfsiz qalması qeyri-mümkündür. İnsan haqqlarının vəhşicə tapdalandığı bir mühitdə heç bir inkişafdan və ya irəliləyişdən söhbət gedə bilməz".
Bu ölkələrdə tətbiq olunan şiddətin hər kəsi narahat etdiyini ifadə edən baş katib, "Artıq insan haqqlarına qarşı çıxan cinayətkarlar hesab verəcəklər. Hər kəs bilməlidir ki, insan haqqlarının pozulması ən dəhşətli cinayətdir və bu nəticəsiz qalmayacaq".
Qeyd edək ki, Bolqarıstandakı səfərini başa vuran Pan Gi Mun bu gün səhər saatlarında İstanbula gedəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB