Jermuk kurortunun yaxınlığında yerləşən bu mədən, yəni, Amulsar, Paşinyanın məxməri hökuməti ilə yatağın ətraf mühitə fəlakətli təsirindən qorxmuş əhalinin böyük əksəriyyəti arasındakı toqquşmalar simvoluna çevrilmişdir. Üstəlik, inadkarlıq, hətta, bu məsələdə hakimiyyətin qəddarlığı Nikol Paşinyanın onsuz da sürətlə aşağı düşən reytinqini daha da aşağı salıb və bu beynəlxalq təşkilatların da kəskin tənqidinə səbəb olub.
Bu gün Amulsar yatağı ətrafındakı qarşıdurmanın bütün tarixini nəzərdən keçirsək, pis olmaz, çünki onsuz da hamıya məlumdur. Yalnız Paşinyanın əvvəlki hakimiyyətlərdən miras qoyduğu bu uzun müddət davam edən münaqişənin əsas cəhətləri üzərində dayansaq belə yetər. Şübhəsiz ki, korrupsiyaya qarşı mübarizə, dağıdılan iqtisadiyyatı, kənd təsərrüfatını, turizmi bərpa etmək şüarları altında hakimiyyəti ələ keçirən və bu işğalçı ölkənin tarixində heç bir erməni siyasətçisi ilə müqayisə olunmayan böyük bir fırıldaqçı reytinqinə sahib olan Nikol Paşinyanın həqiqətən də fırıldaqçılıqda tayı-bərabəri ola bilməz. Bu fırıldaqçı istədiyini, yəni hakimiyyəti ələ keçirdikdən sonra Ermənistanın bərbad iqtisadiyyatını, kənd təsərrüfatını, turizmini bərpa etməsi bir yana, ölkəni daha da acınacaqlı vəziyyətə saldı ki, bunu ermənilər özləri hamıdan yaxşı başa düşür artıq. Onun günü-gündən ölkəni daha dərin uçuruma sürüklədiyini ağlı başında olan erməni politoloqkarı, siyasətçiləri, hətta sıravi vətəndaşları da bildirirlər. Demokratiya pərdəsi altında hakimiyyət çevrilişi edən və baş nazir kürsüsünü qamarlayan Paşinyan indi artıq demokratiyadan, söz azadlığından danışan, doğru sözü, Paşinyanın ölkəni bərbad duruma gətirməsini dilinə gətirən kim varsa hamısına qarşı repressiyaları reallaşdırır və bir vaxtlar pafosla istifadə etdiyi ali dəyərləri ayaqlar altına atır.
Paşinyana yalnız hansısa bir dövrdə siyasi qərarlar vermək, məsələn Amulsarın istismarı ilə əlaqəli "Lydian Ermənistan" ilə müqaviləni ləğv etmək lazım idi ki, fırıldaqçı baş nazir bundan məharətlə istifadəm etdi. Əlbəttə ki, bu sahənin inkişafının həm Jermukda, həm də Sevanda ekoloji fəlakətə səbəb ola biləcəyi ona aydın idi. Bu heç bir şübhə doğurmur belə. Hətta iqtisadçılar da ətraf mühitə vurulacaq zərərin, dövlətin əmanətlərin istismarından qazancı ilə müqayisə olunmadığı ilə razılaşırlar. Əlqərəz, əvvəlcə Paşinyan hiyləgərcəsinə hər şeylə razılaşdı, əhalinin tələbləri ilə guya hesablaşdı, hökumət guya layihənin icrasını dondurdu. Hökümətin təşəbbüsü ilə Ermənistan İstintaq Komitəsi hətta Ətraf Mühitin Çirklənməsi barədə məlumatları gizlətmək və ya bilərəkdən təhrif etmə maddəsi ilə Cinayət Məcəlləsinin 282-ci maddəsi ilə cinayət işi də açdı. Özü də çox böyük hiyləgərliklə.
Məsələ burasındadır ki, necə oldusa, sonra Paşinyan qəflətən fikrini dəyişdi və bu sahəni inkişaf etdirmək üçün addım atmağa başladı. Bununla da o, təkcə ekoloqlara deyil, həm də Paşinyanın qərarının ölkənin oliqarx dairələri tərəfindən təsirləndiyini aydın dərk edən öz vətəndaşlarına qarşı da getdi. Yeri gəlmişkən, 2018-ci ilin yazında Gümridən İrəvana yürüş zamanı Nikol Paşinyan yüksək səslə bu məsələyə birdəfəlik son qoyulacağına söz vermişdi. Ancaq o, inqilab zamanı sağa və sola verdiyi bütün digər vədləri və andları kimi bu vədi barədə də tez unutdu.
Bu gün mədənin istismarından əldə olunan 50 milyon dollarlıq illik gəlir onun üçün təbiəti, mineral bulaqları, kurortları və Sevanı qorumaqdan daha vacibdir. Gülməli məqam odur ki, əvvəllər Nikol Paşinyan öz çıxışlarında Koçaryana və Sarkisyana yaxın insanları guya bu sahədə əllərini bulayanları günahlandırmışdı. Belə çıxır ki, Amulsarın istismarına razılıq verərək Nikol sadəcə sələflərinin yolunu gedir və mədəndən əldə olunan çirkli pulları, gəlirləri ciblərinə yönəldir? Bunun belə olmasına zərrə qədər şübhə yaranmır. Əks təqdirdə, sahənin inkişafına yaşıl işıq yandırmaq qərarında niyə bu qədər israrlı ola bilərdi?
Burada kiçik bir qeyd aparmaq yerinə düşərdi ki, bu gün bütün dünyada ən böyük həyəcan siqnalı çalan ekoloqlardır. Onları da həyəcan siqnalı çalmağa vadar edən atmosferə qarışan əsas sənaye narahatlıqları, torpaq və suya atılan tullantılardır. Hətta dünyanın aparıcı avtomobil istehsalçıları belə hər il daha sərt ekoloji standartlara cavab vermək üçün mübarizə aparırlar. Demək olar ki, iqtisadi cəhətdən inkişaf etmiş bütün ölkələrdə əhali ekoloqları əzmlə dəstəkləyir, çünki onların mübarizəsinin ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldiyini başa düşürlər. Buna görə də, seçiciləri ekoloqların arxasında olduqlarını anlayan hökumətlər tərəfindən onlar dəstəklənirlər.
Ancaq Ermənistanda heç də hər şey təbii, normal şəraitə uyğun deyil. Heç də fırıldaqçı küçə nümayişçisinin vədlərinə uyğun da nizamlanmadı. Əksinə, beli çantalı fırıldaqçının vədlərinə yox, istəklərinə, maraqlarına uyğun nizamlandı. İnsan hüquqları, demokratiya, ekoloqların və əhalinin Amulsar sahəsinin inkişafına qarşı mübarizəsi kimi məsələlər Ermənistanın guya inqilabi yolla, əslində isə dövlət çevrilişi ilə ələ keçirilən hakimiyyəti üçün boş səs-küy oldu. Hakimiyyət seçicilərinin tərəfini tutmaq əvəzinə, onlara qarşı qeyri-mütənasib güc tətbiq etməyə başladı. Demək olar ki, bütün yerli və bir çox xarici KİV-də Jermuk və Yerevan sakinlərinin etiraz aksiyaları, həmçinin polis xüsusi təyinatlılarının xüsusi qəddarlıqla başladığı mədən blokadası barədə məlumatlar yayıldı. Heç şübhəsiz ki, polisi xalqın üstünə qaldıran Nikol Paşinyan idi. Halbuki, polisin də sıravi vətəndaşlara, adi insanlara, erməni əhaliyə xidmət etməli olduğunu meydanlarda bağırtılı səsi ilə bəyan edən də həmin o Paşinyan idi. İndi soruşmaq ayıb olmasın, Paşinyan niyə həmin o xalqın xidmətində olmalı polisi xalqla üz-üzə qoyur? Bu fakt özü yetərli deyilmi ki, küçələrdə Paşinyan xalqı aldadaraq hakimiyyəti qamarlayıb deyə hamı düşüsün? Bəli, Paşinyan xalqı aldadıb və hətta aldatmaqda da davam edir. Bir sıra erməni siyasətçiləri bəyan edirlər ki, xalq əvvəlki hakimiyyəti devirmək istəyirdi, Paşinyanı onun yerinə gətirmək yox. Bəyan edirlər ki, Paşinyan bu vəziyyətdən istifadə edib hakimiyyəti qamarlayıb. Deməli, xalqı aldadıb və bunu hər bir erməni bu gün də yaxşı bilir. Çünki, küçə nümayişçisinin meydanlardakı şouları və vədləri heç də uzaq keçmişdə olmayıb.
Bir daha xatırladaq ki, Amulsara görə Paşinyan polisdən xalqa qarşı istifadə etdi və xalqı əzdi. Özü də o xalqı ki, bir zaman eyni şuarla onların arasında olmuşdu. Bunu da Nikol unutdu yoxsa? Bəlkə unutdu ki, Amulsar məsələsi də onun hakimiyyəti qamarlaması üçün bir vasitə idi bir zamanlar və bundan hiyləgərcəsinə məharətlə istifadə etdi? Amma Paşinyan unutsa da bunu erməni cəmiyyəti də, dünya ictimaiyyəti də unutmadı. Heç lkimin yaddaşından da silinən deyil. Heç kimin yaddaşından silinən deyil ki, xalqdan istifadə edərək dövlət çevrilişinə imza atan, indi də polisi xalqın üzərinə qaldıran Nikol Paşinyan öz istəyi naminə həmin o küçə nümayişlərini keçirəndə, onun kriminal-oliqarxik rejimi adlandırdığı Sarkisyan və onun son günlərini yaşayan kriminal-oliqarxik rejimi onlara qarşı nə polisdən, nə də ordudan istifadə etmədi. Belə çıxır ki, devrilmiş Sarkisyan rejimi üçün demokratiya və insan hüquqları, onu demokratik şüarlar altında əvəzləyən, əzən, dinc etiraz hüququnun əsas haqqını düşünməyən Paşinyan hökumətindən daha vacib anlayışlar imiş?
Sonda Nikola bir xatırlatma etmək yerinə düşərdi ki, əgər illərlə hakimiyyətdə olan, yeri gələndə, Paşinyanın özünə və komandasına nisbətən daha demokratik olan Sarkisyan rejimi xalq tərəfindən devrilibsə, deməli, Nikol Paşinyanın ələyi ələnib, xəlbiri də göydə fırlanır. Ən azından Amulsara görə acgözlüyü Paşinyanı batıracaq desək, yanılmarıq. Amulsar mədənindəki qızıllara hərisliyi ermən baş nazirinin sonunu yaxınlaşdırır. Hərisliyi səbəbindən özünü uduzan, olmayan reytinqini daha da məhv edən Paşinyan bir növ Amulsarın qızıllarında boğulur və bitir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB