“Belarus xalq nağılı” – Əlişka danışır, Güliçka eşidir... TƏRS BAXIŞ

“Belarus xalq nağılı” – Əlişka danışır, Güliçka eşidir... TƏRS BAXIŞ

Onlara nə var ki, lazım olarsa, lap striptizə də keçərlər...

Belarusda baş verən hadisələrin dərhal AXCP sədri Əli Kərimli tərəfindən özününküləşdirməklə həmin hadisələrin Azərbaycana da sirayət edəcəyi barədə danışdığı nağıl hələ də çoxsaylı dinləyici auditoriyası toplaya bilməyib. Uzaqbaşı onun nağıllarını dinləyənlər isə “Milli Şura”nın gözəlçəsi Gültəkin Hacıbəyli və bir-iki nəfər daha biriləri ola bilər...

Məsələ həm də ondadır ki, hətta uzaq Uqandada, yaxud Mozambikdə hər hansı narazı xalq kütləsi meydanlara tökülüşərsə, Əli Kərimli dərhal həmin ölkənin xalq nağılını özünəməxsus bəlağətlə danışmağa başlayır və...

Və həmin nağılın bir ucu mütləq və mütləq gəlib-bağlanır Azərbaycana. Hansı ki, Uqanda hara, Mozambik hara, biz hara!

Niyə, nəyə görə və ya hansı məqsədə?

İndi, keçmiş sovet respublikalarında baş verən məsələlər də cəbhəçi sədr tərəfindən mənimsənilir, özününkülüşəldirilir və nağıl qismində ictimai rəyə sırınır. Misal üçün, Belorusda baş verən olaylar kontekstində. Artıq AXCP sədri bir neçə günlərdir ki, “Belarus xalq nağılı” danışır. Amma kimə, niyə, nəyə görə və ya hansı məqsədə?

Kimə və ya kimlərə danışdığı bəllidir zatən...

***

Niyə? Çünki bu adam çayxana və küçə müxalifətidir və düşünür ki, küçələrdə hələ də 90-cı illərdir, o siyasi veyillənmələr, hay-küylər vasitəsi ilə hakimiyyətə-filana gələcək.

***

Nəyə görə? Ona görə ki, tin və dalanlarda bağırıb-ictimai sabitliyi pozarsa, həbslər baş verəcək və o, bu həbslərdən həm maddi, həm də siyasi mənfəətlərini güdərək xal toplayacaq.

***

Hansı məqsədlə? O məqsədlə ki, belə tapşırıq alıb ağalarından və boynuna götürdüyü öhdəliyi yerinə yetirə bilməsə, bu dəfə birdəfəlik əli hər şeydən üzüləcək.

Ona görə də başlayıb belorussayağı nağıllardan dəm vurmağa ki, bəs 30 illik arzusu Allah eləməmiş çin olmaq üzrədir. Amma türk jarqonu ilə desək, nahhh!

Əli Kərimlinin nə vecinədir ki, belorus xalqının aqibəti necə olacaq!

Nə etsin biçarə? Özünün utopiya və əfsanələrinə necə inanırsa, eləcə də belarusların nağıllarına da o sayaq inanır. Amma haraya qədər? Bir vaxtlar Gürcüstanda “qızılgül inqilabı” deyilən siyasi dəyişiklik baş verdi, həmin vaxt Əli Kərimli “gürcü nağılı” danışmaq eşqinə düşdü, ardınca Ukraynada maydan hərəkatları baş qaldırdı və AXCP sədri döndü oldu “xlopes”, başladı xaxolsayağı düşünməyə, sonra ərəb baharının özəyi sayılan Tunis məsələsi çıxdı ortaya. Əli Kərimli ərəbsayağı “min bir gecə” nağılını qoşdu və özünü yandırmağa göyərtisatan axtardı, amma tapa bilmədi. Hansı göyərtisatan ağlını itirərək, bu cür utopik xəyalpərəstin nağıllarına inanar və gedib özünü yandırar ki? Axı hansı ağıllı fərd istəyər ki, onun ölkəsi Suriyaya, Yəmənə, İraqa dönsün?! Hətta Əli Kərimlinin özü də yaxşı dərk edir ki, əgər Belorusda Qərbin, Sorosun və s. fondların sifarişlərini həyata keçirən “müxalifət” hakimiyyətə yiyələnərsə, həmin ölkənin iqtisadiyyatından tutmuş, milli təhlükəsizliyinə qədər hər şey məhv olar. Bu baxımdan, Əli Kərimli heç də belorus xalqına yanmır, sadəcə, özünü yanan kimi göstərir, yoxsa ki, onun nə vecinədir!

Hətta aradabir qol-qola girib, belarus havaları da oynayırlar

Bax, beləcə illər ötür və nəhayət gün gəlib-çatır dost Belarus xalına. Amma belaruslar da bir ağızdan küçələrə çıxmayıblar. İndi bu ölkədə hakimiyyətə dəstək verənlər də kifayət qədər çoxdur və belə davam edərsə, belarusların küçə-baca söhbətləri də sönüşmək üzrədir. Kimdir ki nağıllara inanan? Əlbəttə ki, heç kim!

Bir neçə inananlar varsa da, bayaq yazdığım kimi, onların başında Gültəkin Hacıbəyli dayanır. Necə deyərlər, Əlişka nağıl danışır, Güliçka isə həvəslə qulaq asır. Hətta aradabir qol-qola girib, belarus havaları da oynayırlar. Onlara nə var ki, lazım olarsa, lap striptizə də keçərlər...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə